Paylaş
Facebook Twitter Google+

Uşaqlarımızı İmam Zaman ağaya (ə.f) yaxınlaşdırmağın yolları

Ramal Əmiraslanov

2018-04-24 18:49:15 4915 Məhdəviyyət

Övladlarımız – bizim gələcəyimizdir. Ona görə də onların örnək və nümunəsi elə insanlar olmalıdır ki, gələcəyəklərini parlaq və ümidli etsin. Hər bir Əhli-Beyt (ə) davamçısı üçün ən gözəl örnək – İmam Zaman ağadır (ə.f). Ona görədə bir mənəvi ailədə böyüyən uşaq da İmamı (ə.f) özünə örnək bilməlidir. Bu vəzifə valideynlərin üzərinə düşür ki, İmamı (ə.f) övladları üçün örnək vənümunə qərar verə bilsinlər. Müasir yanlış və göstərişli örnəklər ardınca olmasınlar.

Bəs nə edək ki, övladlarımız İmam Zaman ağaya (ə.f) yaxınlaşsın və onu özünəörnək bilsin?

Ustad Ənsarian ağanın bəzi tövsiyələri vardır ki, onlara əməl edərək, bu məqsədə çatmaq olar:

- İmam Zaman ağa (ə.f) haqqında biliyini artırın.

- Əgər evdə kitabxananız vardırsa, İmamla (ə.f) bağlı çoxlu kitablar alın ki, uşaqlarınız da oxuya bilsinlər.

- Uşaqlarınızın İmamla (ə.f) bağlı məlumat və biliklərini artırmağa çalışın.

- Telefonlarınıza İmam Zaman ağa (ə.f) ilə bağlı təranələr və dualar qeyd edin.

- İmamla (ə.f) rabitədə olan insanların hekayələrini onlar üçün oxuyun.

 

- Uşaqlarınıza İmama (ə.f) ehtiram göstərməyi öyrədin. Misal üçün, İmamın (ə.f) mübarək adı çəkilən zaman ayağa qalxmağı.

- İmamı (ə.f) mehriban ata kimi təqdim edin.

- Uşaqlarınızdan istəyin ki, İmam (ə.f) üçün dua etsinlər.

- Uşaqlarınıza başa salın ki, İmam (ə.f) onların səsini və duasını harada olurlarsa-olsunlar, eşidir.

  • Onlara deyin ki, siz dua edən zaman İmam (ə.f) da sizə dua edir.

- Uşaqlarınızın bu mövzunu dərk etməklə bağlı tutumuna diqqət edin və ifrat etməyin.

- Çalışın ki, uşaqlarınız mənəvi olaraq Məhvədiyyat mövzusuna qarşı teşnəolsunlar.

- Ailə mərasimlərində İmamı (ə.f) yada salın və salavat göndərin.

- Övladlarınıza başa salın ki, əgər İmamla (ə.f) döst olmaq istəyirlərsə, yaxşı vəbəyənilən işlər yerinə yetirsinlər.

  • Uşaqlarınızdan istəyin ki, İmama (ə.f) məktub yazsınlar.

- İmamın (ə.f) uşaqlıq dövründə etdiyi işlərindən onlara danışın.

- Onlara deyin ki, əgər dərsin müvəffəq olsa, İmama (ə.f) yardım etmiş olar.Çünki İmamın (ə.f) dostları bilikli insanlar olmalıdır.

- Uşaqlarınızdan istəyin ki, İmamla (ə.f) bağlı təəssüratlarını sizinləbölüşsünlər.

- Uşaqlarınızla elə rəftar edin ki, İmam(ə.f)  kimi bir insanla fəxr etsinlər.

  • Uşaqlarınıza öyrədin ki, hər gün İmama (ə.f) hədiyyə göndərə bilər və bu hədiyyə - İmama (ə.f) göndərdikləri salavatdır.

Bənzər Olanlar