Paylaş
Facebook Twitter Google+

Zühura etiqad (Xilaskarın gəlişi) yalnız şiələrəmi məxsusdur?

Cavab: Xeyr. Demək olar ki, bütün dinlərdə, axırüz-zamanda zühur edərək dünyaya nicat verəcək bir islahe-diciyə etiqad mövcuddur.

Quranda da bir çox ayələrdə bu mətləbə işarə olun-muşdur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq: "Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün hakimi olacaqlar".

Bu əqidə hətta Tövratda, İncildə, hindu və zərdüştlük kitablarında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.
Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdar-larından bir qrupu o həzrətin hüzurunda ikən, ondan dün-yanın axırının necə olacağı barədə soruşdular.

Həzrət İsa (ə) onların cavabında buyurdu "Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlara Allahın höccəti olacaq. O, yer üzü zülm və sitəmlə dolduqdan sonra qiyam edəcək və dünyanı haqq-ədalətlə dolduracaq. Mən o həzrətin zühurun-dan sonra göydən yerə enəcəyəm və mənim zühurum qiyamətin başlanmasının əlaməti olacaq"./ehliwie-samux.

Bənzər Olanlar