Paylaş
Facebook Twitter Google+

İmam Zaman ağanın (ə.f) zühuru zamanı ona hansı peyğəmbərlər (ə) yardım edəcək?

Ramal Əmiraslanov

2018-03-25 14:57:32 2836 Məhdəviyyət

Axır-əz-zamanda İmam Zaman ağaya (ə.f) yardım edəcək peyğəmbərlərlə (ə) bağlı nəzərlər iki qismə bölünür.

Bir qisim hədisə görə, çox az sayda peyğəmbərlər (ə) zühur zamanı yardım edəcəklər. O cümlədən:

1. Həzrət Rəsuli-Əkrəm(s). İmam Baqir (ə) buyurur: “O zaman ki, Ali-Muhəmmədin (ə) Qaimi (ə.f) zühur edər, onun ardınca gələn ilk kəs – Muhəmmədir (s), ikincisi Əlidir (ə)”. Şeyx Tusi yazır: “İmam Məhdinin (ə.f) zamanında Peyğəmbər (s) və Məsum İmamlar (ə) geri qayıdacaqlar”.

2. Həzrət İsa (ə). İmam Rza (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “O zaman ki, mənim övladlarımdan olan Məhdi (ə.f) zühur edəcəkdir, İsa ibn Məryəm (ə) nazil olacaqdır. Onun arxasında namaz qılacaqdır”.

3. Həzrət Xızr (ə). İmam Rzadan (ə) gələn hədisə əsasən, Həzrət Xızr (ə) İmamın səhabələrindən olacaqdır.

4. Həzrət İlyas (ə). Həzrət Xızr (ə) və Həzrət İlyasın (ə) İmam (ə.f) kimi uzun ömrü olduğu üçün, ehtimal verilir ki, bu peyğəmbərlər İmamın (ə.f) səhabələrindən olub, ona zühurda yardım edəcəklər.

İkinci qisim hədisə əsasən isə bütün peyğəmbərlər (ə) axır-əz-zamandakı qiyamda iştirak edəcəklər. İmam Baqir (ə) buyurur:“Allah Adəmdən (ə) tutmuş bu yana, gələn peyğəmbərləri dünyaya qaytaracaq ki, Əmirəl-mömininə (ə) yardım etsinlər”./Deyerler.

Bənzər Olanlar