Paylaş
Facebook Twitter Google+

Həzrət Mehdinin (əc.) mübarək adını çəkmək olarmı?!

Bir çox rəvayətlərə görə, həzrət Mehdinin (əc.) mübarək adını İslam peyğəmbərinin adı olan "Məhəmməd” adı ilə tələffüz etmək qadağan olunmuşdur. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar. Onun adını çəkmək haramdırmı? Haramdırsa, səbəbi nədir?

Cavab: Bu, fiqhi bir məsələdir. Alim və fəqihlərin bə`ziləri rəvayətləri araşdırarkən belə nəticəyə gəlmişlər ki, imamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yox-dur.

 

Buna əsasən, naiblərdən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Mehdi (əc.) tərəfindən belə cavab gəldi:
"Əgər onlara adı söyləsəniz, onu yayar, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar".

Buna görə də, hətta İmam Həsən Əsgəri (ə) özü də, təqiyyəyə (ehtiyata) ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirərdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabə-lərindən bə`ziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı:
"Bu, oğlum Məhəmmədin qurbanlığıdır".

 

Böyük alimlərdən Şeyx Müfid, Əllamə Hilli, Fazil Miq-dad, Seyyid Mürtəza və Mühəqqiq kimi şəxslər öz kitab-larında həzrətin (əc.) mübarək adının çəkilməsinin haram olmaması barəsində geniş bəhs etmişlər. Şeyx Hürr Ami-linin də görüşü buna müvafiqdir. Əllamə İrbili də təqiy-yəyə ehtiyac olmadığı zaman həzrət Mehdinin (əc.) mübarək adınının tələffüz olunmasına icazə vermişdir.\ehliwie-samux

Bənzər Olanlar