Paylaş
Facebook Twitter Google+

İmam Zaman ağa (ə.f) bu məsciddə namaz qıldı!

Ramal Əmiraslanov

2018-04-30 15:58:39 1216 Məhdəviyyət

Livanın məcsidlərinin birinin imam-camaatı və məscid əhli and içmişdilər ki, Məhərrəm ayı boyunca Əbülfəzl Abbas ağanın (ə) adına insanlara yemək və içmək versinlər. Onlar öz andlarına ən gözəl surətdə əməl etdilər.

 

Həmin məsciddə bir dəmir qutu qoymuşdular ki, kim istəsə idi, sədəqəsini o qutuya atardı. Həmin qutunun qıfılla bağlı Qutunun ağzı çox dar idi. Bu deşikdən ora ancaq ya dəmir pul, ya da büküb kağız pul atmaq olardı.

 

Bir müddət sonra o qutunu açdılar və qutuda olanlar hamının təəccübünə səbəb ldu. Qutunun içində Livanın ən gözəl şirniyyatı ilə dolu bir qab var idi ki, çox böyük idi və üzərində də bir məktub qoyulmuşdu.

Qıfıl açılmamışdı və deyildiyi kimi, qutunun ağzı da çox dar idi.

Ölçüb gördülər ki, adi halda bu şirniyyat qutusunu heç cür o qutuya yerləşdirmək də belə, mümkün deyildir. Sonra məktubu açıb oxudular.

 

Orada yazılmışdı: “Bismilləhir-Rahmənir-Rəhim! “Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər”. (“Tövbə” 105).

Əzəmətli olan Allah düz buyurmuşdur. Mən - Məhdi Muntəzirəm (ə.f). Sizin məsciddə namaz qıldım. Sizin yediklərinizdən mən də yedim. Sizin üçün dua etdim. Siz də mənim fərəcim üçün dua edin”. (Həvzəh)

 

Başa düşdülər ki, bu məktubu və hədiyyəni Həzrət Məhdinin (ə) özü qoymuşdur.

 

Bu xəbər sürətlə bütün ətrafa yayıldı. Təbii ki, eşidən hər kəs o təbərrükləri görmək istədi.

Allah Təala o Həzrətin (ə.f) fərəcini təcil etsin, inşəallah!/Deyerler.

 

Bənzər Olanlar