Paylaş
Facebook Twitter Google+

İmam Əlinin (ə) Səsəə İbn Suhana Dəccalın gəlişi haqda buyuruqları!

Ramal Əmiraslanov

2020-04-09 07:50:12 1902 Məhdəviyyət

Şeyx Səduq Kəmaluddin kitabında, Nəzal ibn Sirədən rəvayət edir ki, Əli ibn Əbu Talib bizim üçün xütbə oxudu.  Allaha həmd və səna edəndən sonra üç dəfə buyurdu: Ey Camaat! Məni əldən verəndən öncə soruşun, hər nə istəsəniz məndən soruşun!

Bu Zaman Səsəə ibn Suhan yerindən durdu və dedi: Ey Möminlərin əmiri! Dəccal nə zaman gələcək?!

İmam buyurdu: Əyləş Allah-Taala (c.c) sənin sözünü eşitdi və bildi ki, sual etməkdən məqsədin nədir! And olsun Allaha ki, bu məsələ haqda soruşan və soruşulan şəxs eynidir! (Bu məsələ və Zühurun nə zaman olması haqda ikimiz də eyni həddə məlumatlı olacağıq. Bu məsələ Allahın sirlərindən biridir)

Ey Səsəə! Amma bil ki, Dəccalın gəlişinin əlamət və nişanələri vardır, əgər istəsən xəbərdar edərəm!

Səsəə dedi: Buyurun Ey Möminlərin Əmiri!

İmam Buyurdu: Hər nə deyirəm yadda saxla! Dəccalın gəlişinin əlamətləri budur:

-Dəccal bir zamanda gələcək ki, insanlar namazı öldürəcəklər. (Dəyərdən salacaqlar. Həftədə bir dəfə qılacaq və ya bayramda namaza gedəcəklər!)

 

-İnsanların əmanətlərini zay edəcəklər!

-Yalan danışmağı halal hesab edəcəklər!

-İnsana sələm verib yeməyi halal hesab edəcəklər!

-İnsanların haqqını pozmaq və cəmiyyətdə fəsadın törənməsi üçün rüşvət alacaqlar!

-Ev və binaları möhkəm tikəcəklər. (Yəni saraylar tikməyə meyillənəcəklər)

-Dünya qazancı əldə etmək üçün dinlərini satacaqlar!

-Səfih və işbilməzləri iş başına qoyacaqlar!

-Kişilər işlərində qadınlarla məsləhətləşəcəklər!

 

-Qohumluq əlaqələrini kəsəcəklər!

-Nəfsi istəklərinə bəndəlik edəcəklər!

-Bir-birilərinin qanını dəyərsiz hesab edəcəklər!

-Onların arasında təvazökarlıq və səhvləri bağışlamaq zəiflik və acizlik kimi qəbul olunacaq!

-Zülm və pislik etmək onların arasında iftixar nişanəsi olacaq!

-Vəzirlər ikiüzlü və Quran oxuyanlar isə iki üzülülük edəcəklər!

-Batil şəhadət vermələr aşkarda bilinərək işlək olacaq!

-Pis işlər, töhmət vuracaq sözlər, günah və həddini aşmaq və hədd bilməməzlik aşkarda ediləcək!

-Quranlar bəzək, məscidlər rəngli, minarələr uca və şərr insanlar hörmət olunacaqlar!...

-İstəklər müxtəlif olacaq, əhdlər pozulacaq!

 

-Qadınlar dünya istəklərinə görə ticarət işlərində həyatyoldaşları ilə şəriklik edərlər! (Yəni qazancda kişidən pay tələbə edəcəklər!!)

-Fasiq və iki üzlü insanların səsi hər yerdə ucalacaq!

-Tayfa başçıları ən dəyərsiz insan olacaq, yalançı təsdiqlənəcək və xəyanətkar əmin insan olaraq tanınacaq!

-Qadınlar mahnı oxuyar və əllərinə mahnı alətlərini alaraq oxuculuq edəcəklər!

-İnsanlar keçmişlərini lənətləyər, Qadınlar miniklər üstə olaraq kişilərə bənzəyəcək və kişilər də qadınlara bənzəyəcəklər!

 

-Şahidlər məhkəmələrdə istənilmədən şəhadət verər, bəziləri isə dostunun xətrinə zülmün xeyrinə şahidlik edəcəklər!

-Dini elm və hökmləri dindən başqa bir şeylər üçün örgəşər və dünya işlərini axirətdən üstün tutacaqlar!

-O Zamanda tələsin! O günlərdə ən yaxşı sığınacaq ev Beytül-Müqəddəs Qüdsdür!

=Bir gün cələcək hər kəs arzu edəcək ki, Beytül-Müqəddəsin sakinlərindən olsun!

Mənbə: Biharul-Ənvar hədis kitabı, cild: 13, səh: 962.-sualcavab.geGizli Sirlər: Dəccal 1'ci Hissə

Bənzər Olanlar