Paylaş
Facebook Twitter Google+

Uşaqlarımızı İmam Zaman ağa (ə.f) ilə necə tanış edək?

Ramal Əmiraslanov

2020-03-10 11:09:56 675 Məhdəviyyət

Uşaqlar – bizim gələcək nəsillərimizdir və gələcəyin parlaq şəxsiyyətləridir ki, bizim işimizi davam etdirəcəklər. Ona görə də onları hələ uşaq vaxtından onları Məsumlar (ə) ilə, xüsusilə də İmam Zaman ağa (ə.f) ilə tanış etmək lazımdır. Bunun üçün mütəxəssislər bəzi yollar tövsiyə edirlər ki, onlara nəzər salaq:

- Həzrət (ə.f) haqqındakı məlumatlarınızı artırmağa çalışın.
- İmamı (ə.f) necə tanıdacağınıza dair proqramınız olsun.

- Məhdəviyyət mövzusunda kitablar alın.
- Uşağınızın bu haqda olan məlumatlarını artırmağa çalışın.

- İmamla (ə.f) rabitədə olmuş insanların hekayələrini onlara danışın.
- Uşaqlarınıza o Həzrət (ə.f) ehtiram göstərməyi öyrədin. Misal üçün, İmamın (ə.f) adı çəkilən zaman ayağa qalxmaq kimi.


- Özünüzü uşaqlarınızın suallarına cavab vermək üçün hazır edin.
- İmamı (ə.f) bir mehriban ata kimi uşaqlarınıza tanıdın.
- Uşaqlarınızdan istəyin ki, İmam (ə.f) üçün dua etsinlər.


- İmam (ə.f) üçün sədəqə verməyi onlara təlim verin.
- Uşaqlarınıza deyin ki, nə zaman istəsələr, İmam (ə.f) onların dualarını eşidə bilər.
- Onlara deyin ki, əgər sən İmam (ə.f) üçün dua etsən, o da sənin üçün dua edəcəkdir.


- Təlim zamanı həddi aşmayın.
- İmkan yaradın ki, uşaq bu mövzu haqqında özü də düşünsün.
- Məhdəviyyat mövzusunda dəqiq və qısa danışmağı təmrin edin.


- Uşaqlarınıza İmam (ə.f) haqqında bədii kompozisiyalar – şeirlər, ilahilər öyrədin.
- Onlara Cəmkərandan danışın.
- Uşaqlarınıza deyin ki, əgər İmamın (ə.f) onları sevməsini istəyirlərsə, gərək yaxşı işlər görsünlər.


- Onlara İmamın (ə) nəvvablarından və dostlarından danışın.
- Uşaqlarınıza imkan yaradın ki, İmam (ə.f) haqqında olan fikirlərini sizinlə bölüşsün.
- Elə şərait yaradın ki, uşaqlarınız İmam (ə.f) ilə fəxr etsinlər.
- Uşaqlarınıza “Fərəc” duasını öyrədin və hər gün onu oxumalarını tövsiyə edin./Deyerler.

Bənzər Olanlar