Paylaş
Facebook Twitter Google+

Mömin İmam Zaman ağaya (ə.f) görə sədəqə verməsini necə başa düşmək olar?

Ramal Əmiraslanov

2018-07-18 21:52:20 3054 Məhdəviyyət

Sədəqə vermək möminin imanının nişanələrindəndir. Sədəqənin vasitəsilə başqa iman sahiblərinə yardım edilər və ümumi rifah təmin olunar. Din alimləri ona görə bu müstəhəb əmələ həmişə üz tutmuş və onu təbliğ etmişdilər.

Mömin insanın imanının nişanələrindən biri də budur ki, təkcə özü üçün deyil, onun üçün sevimli olan başqa insanların salamatlığı üçün də sədəqə versin. Bir Əhli-Beyt (ə) davamçısı üçün İmam Zamandan (ə.f) əziz insan kim ola bilər ki?

 

Seyyid ibni Tavus oğluna belə tövsiyə verir: “Özün və əzizlərindən əvvəl, o Həzrət (ə.f) üçün sədəqə ver!”. (Tebyan)

Bunu qeyd etmək lazımdır ki, İmam Zaman ağanın (ə.f) bizim sədəqəmizə heç bir ehtiyacı yoxdur. Ancaq bu əməl Həzrətə (ə.f) olan sevgini büruzə verməyin yollarından biridir. Bu əməl Allahın razılığını cəlb edər və İlahi qürb məqamına yaxınlaşmağa səbəb olar.

 

Seyyid ibni Tavus “Əmanəl-əxtar” kitabında belə dua edir: “Allahım! Bu (sədəqə) Səndəndir və Sənin üçündür. Mövlam Məhdinin (ə.f) salamatlığı üçündür. Səfərdə olanda, bütün hərəkət və istirahətlərində, günün və gecənin hər bir saatında ona salavat göndər!”.

Məna əhli olan alimlərdən biri buyurur: “Nə zaman İmam Zamanın (ə.f) salamatlığı üçün sədəqə versəniz, bu duanı oxuyun:

اَللهُمَ اِنَّ هَذِهِ لَکَ وَ مِنکَ وَ هِىَ صَدَقَةٌ عَن مَولانا
المهدی، عجل‏الله‏ فرجه، وَ صَلِّ عَلَیهِ بَینَ اَسفارِهِ و حَرکاتِه و
سَکَناتِه فِى ساعاتِ لَیلِه وَ نَهارِه وَ صَدقَهٌ عَمَّا یَعنِیهِ
اَمرَهُ وَ مَالا یَعنیهِ وَ مَا یُضمِنه و ما یُخلِفُه.»/Deyerler.

Bənzər Olanlar