Paylaş
Facebook Twitter Google+

İmam Məhdinin (ə) kəraməti (Baş vermiş həqiqətlər əsasında)

Ramal Əmiraslanov

2018-03-21 17:50:10 2699 Məhdəviyyət
İflic xəstəliyinə şəfa və “fərəc” duasına sifariş etmək

İmam Hüseynin (ə) aşurasından bir gün əvvəl, müqəddəs Cəmkəran məscidinin həyətində gəzirdim. Məscid çox sakitçilik idi. Qəflətən bir kişini həyəcanlı halda məscidin xidmətçilərinə yaxınlaşaraq öpüb qucaqladığını gördüm. Elə ki, ona yaxınlaşdım məni də qucaqlayıb öpdü. Gözlərindən yaş axırdı. Nə olduğunu ondan soruşdum. Dedi: - Neçə vaxt əvvəl avtomobil qəzası nəticəsində iflic olmuşdum. Ayaqlarım işdən düşmüşdü. Yeriməyi bacarmırdım. Hər gecə Allaha və məsum imamlara təvəssül edirdim. Bu gün ailəmlə Cəmkəran məscidinə gəldik. Günortadan sonra xoş hal idim.
 
İmam Zaman (ə)-a təvəssül eləmişdim. O Həzrətdən (ə) şəfa verməsini istədim. Yarım saatdan sonra, birdən gördüm ki, məscid qəribə şəkildə nurlanıb və gözəl ətirli olub. Ətrafa baxdım. Gördüm ağam Əmirəl möminin Əli (ə), imam Hüseyn (ə), Qəməre Bəni Haşim Həzrət Əbul Fəzl (ə) və imam Zaman (ə) məsciddədirlər. Onları görcək özümü itirdim. Bilmədim nə eləyim. Birdən imam Zaman (ə) mənə tərəf baxdı və o Həzrətin lütfü və diqqəti mənim halımı dəyişdi. Mənə buyurdu: «Siz sağalmısınız, gedin başqalarına deyin ki, zühurum üçün dua eləsinlər. Zühurum, inşallah, yaxındır. Bu gecə bu məkanda yaxşı və geniş əzadarlıq olacaq, biz də burada olacağıq.»
 
Xidmətçi söyləyir: - O kişi şəfa tapdı. Bir qızıl üzük idarənin hədiyyə şö’bəsinə təqdim etdi və sevinərək getdi. Məsciddə sakitçilik idi. Gecənin axırı bir əzadar dəstə Təbrizdən Cəmkəran məscidinə gəldi. Əzadarlıq və növhə oxumaqla məşğul oldular. Məclis çox gözəl və insanın mənəviyyatını oyadan bir məclis idi. Məclisə baxdıqca o kişinin söylədiklərini yadıma salırdım.
 

Bənzər Olanlar