Paylaş
Facebook Twitter Google+

İmam Zamanın (ə.c) anası Nərcis Xatun tarixdə hansı ilahi şəxsiyyətin nəslinə qayıdır?!

Ramal Əmiraslanov

2020-02-16 08:53:58 1052 Məhdəviyyət

İmam Zaman ağanın (ə) mübarək anası Nərcis xanım cənab Şəmunun nəslindən gəlir. Şəmun – Allahın peyğəmbəri və Həzrət İsanın (ə) vəsisi olmuşdur.

Xristianlar onu Petrus da çağırırlar. Atasının adı Yuna idi və hər ikisi də balıqçı idilər. Nərcis xanım (s.ə) – Şəmunun nəslindəndir. Kiçik yaşlarından babası olan Roma imperatorunun tərbiyəsi altında böyümüşdür. O, əvvəl xristian idi və hədislərin buyurduğuna görə, yuxuda Peyğəmbəri (s) və İmam Əlini (ə) görür və görür ki, onlar Roma imperatorunun sarayına elçilik üçün gəliblər. Onları Həzrət İsa (ə) qarşılayır. Bu zaman Peyğəmbər (s) İmam Həsən Əsgəriyə (ə) işarə edir və buyurur: “Ey Allahın ruhu! Mən bu övladım üçün sənin vəsin olan Şəmunun qızına elçiliyə gəlmişəm”. Həzrət İsa (ə) Şəmuna nəzər salır və buyurur: “Necə bir şərafət sənə nəsib olmuşdur. Bu mübarək kəbinə razı ol”. Şəmun da razı olur. Sonra Peyğəmbər (s) minbər başına qalxır və xütbə oxuyur. Sonra Nərcisi İmam Həsənlə (ə) nikahlayır. Orada olanları buna şahid tutur”. (Tebyan)

Şəmuna işarə edən ayələr:  “İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik”. (“Ənkəbut” 27). Şəmun - Həzrət Məryəmin (s.ə) bibisi oğlu idi və Həzrət İbrahimin (ə) zümrəsindən hesab olunur.

“(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi(peyğəmbərlər) oraya gəlmiş. O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz(həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik»”. (“Yasin” 13-14). Təfsirçilərin nəzərinə görə, bu peyğəmbərlərdən biri Həzrət İsa (ə) olmuşdur. Deyilənə görə, üçüncü göndərilən peyğəmbər isə Şəmun olmuşdur.  İmam Baqirdən (ə) gələn hədisdə də həmin üçüncü peyğəmbərin Şəmun olduğu bəyan olunmuşdur. /Deyerler.

Bənzər Olanlar