Paylaş
Facebook Twitter Google+

İmam Zamanın (ə.c) xüsusi köməkçiləri olan 313 nəfərin ən mühüm xüsusiyyətləri

Ramal Əmiraslanov

2019-06-24 07:07:40 5395 Məhdəviyyət

İmam Zamanın (ə.c) xüsusi köməkçiləri olan 313 nəfərin ən mühüm xüsusiyyətləri.

1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: “Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur. Onlar gecə oyaq qalan insanlardır ki, namazlarının zümzüməsi arıların səsi kimi qulaqlara çatar. Gecələri oyaq qalaraq başa vurarlar və atların belində Allaha təsbih edərlər”.

2. İmama (ə.f) olan dərin elm. İmam Səccad (ə) buyurur: “Onlar İmam Məhdinin (ə.f) imamətliyinə inanırlar”. Bu dərin elmin nəticəsi – İmama (ə.f) olan sonsuz eşqdir.

3. İxlaslıdırlar. İmam Cavad (ə) buyurur: “O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir”.

4. Şücaətlidirlər. İmam Sadiq (ə) buyurur: “Sanki mən Kufədə Qaimə (ə.f) və səhabələrinə nəzər salıram. Səcdələr alınlarına təsir etmişdir, gündüzün şirləri və gecənin rahibləridirlər”.

Hər kim İmamın (ə.f) bu xüsusi səhabələrindən olmaq istəyir, gərək bu dörd sifətə malik olsun və həqiqi müntəzirlərdən olsun./Deyerler.

Bənzər Olanlar