İmam Sahib-əz-Zamanın (ə.f) fərəci üçün dua etməyin insan üçün 80 faydası | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

İmam Sahib-əz-Zamanın (ə.f) fərəci üçün dua etməyin insan üçün 80 faydası

Ramal Əmiraslanov

2017-12-13 08:59:32 3208 Məhdəviyyət

Ayətullah Seyyid Muhəmmədtəqi Musəvi İsfahani "Səng mikayil-məkarim” kitabında fərəc üçün dua etməyin faydalarını zikr etmişdir ki, onların 80 ilə biz də tanış olaq. (Tebyan/Deyerler)

Həzrətin (ə.f) fərəci üçün dua edənlərə bu bərəkətlər şamil olar:

1. Mövlasının əmrinə itaət etmiş olar ki, buyurmuşdur: "Fərəcin tezləşməsi üçün çoxlu dua edin ki, sizin fərəciniz ondadır”.

2. Bu dua nemətlərin artmasına səbəb olar.

3. Qəlbi sevgini bəyan etmiş olar.

4. İntizarın nişanəsidir.

5. Məsum İmamları (ə) diriltməkdir.

6. Lənətlik şeytanı narahat edəndir.

7. Həzrətin (ə.f) haqlarının bir hissəsini əda etməkdir.

8. Allaha və Allah dininə təzim etməkdir.

9. Həzrət İmam Zaman ağa (ə.f) dua edənin haqqında dua edər.

10. Qiyamət günü Həzrətin (ə.f) şəfaəti ona şamil olar.

11. Həzrət Peyğəmbərin (s) şəfaəti ona şamil olar.

12. Bu dua fəzl və inayət istəməkdir.

13. Dualarının yerinə yetməsinə səbəb olar.

14. Risalət əcrinin ədasıdır.

15. Bəlanı dəf edər.

16. Ruzinin artmasına səbəb olar.

17. Günahların bağışlanılmasına səbəb olar.

18. Dua edən oyaq və ya yatan zaman Həzrətlə (ə.f) görüşə nail olar.

19. Zühur zamanında dünyaya rəcət edəcəkdir.

20. Həzrət Peyğəmbərin (s) qardaşlarından olacaqdır.

21. İmamın (ə.f) fərəci tezləşəcəkdir.

22. Peyğəmbər (s) və İmamların (ə) qələbə çalmasına səbəb olacaqdır.

23. İlahi əhdə vəfa etməkdir.

24. Fərəc üçün dua edənin valideynlərinə xeyir çatar.

25. Əmanətə əda etmək onun üçün hasil olar.

26. Qəlbində İmamın (ə.f) nurunun artmasına səbəb olar.

27. Fərəc üçün dua etmək insanın ömrünü uzadar.

28. Xeyirli və təqvalı işlərdə müvəffəq olar.

29. Düşmənlərə qalib gəlmək üçün Allah yardımının tövfiqini əldə edər.

30. Qurani-Məcidin nuruna hidayət olar.

31. Əraf səhabələri arasında məşhur olar.

32. Elm istəmək savabına nail olar.

33. Axirət cəzalarından amanda olar.

34. Ölən zaman ona müjdə verilər və onunla mülayim rəftar olunar.

35. Fərəc üçün dua etmək Allahın və Peyğəmbərin (s) dəvətini yerinə yetirməkdir.

36. Əmirəl-mömininlə (ə) məhşur olar.

37. Allah yanında ən sevimli bəndə olar.

38. Həzrət Peyğəmbərin (s) yanında ən əziz insan olar.

39. Behişt əhli olar.

40. Həzrət Peyğəmbərin (s) duası ona şamil olar.

41. Pis əməlləri yaxşı əməllərə çevrilər.

42. Allah onun ibadətini təsdiq edər.

43. Bu duası ilə Yer əhlinin bəlasından uzaqda olar.

44. Məzluma yardım etməyin savabına malik olar.

45. Böyüklərə hörmət etməyin savabına malik olar.

46. İmam Hüseynin (ə) qanını istəyənlərin savabına malik olar.

47. Məsumların (ə) hədislərini əldə etmək ləyaqətinə malik olar.

48. (Qiyamət günü) nuru başqalarına parlayar.

49. 70 min günahkara şəfaət edər.

50. Qiyamət günü Əmirəl-möminin (ə) duası ona şamil olar.

51. Hesab vermədən behiştə daxil olar.

52. Qiyamət günü susuzluqdan amandadır.

53. Cavidan behiştdə olar.

54. İblisin (lən) üzünü cırmasına və ürəyinin yaralanmasına səbəb olar.

55. Qiyamət günü xüsusi hədiyyələr alar.

56. Allah ona behişt xidmətçilərini nəsib edər.

57. Allahın geniş kölgəsində qərar tutar, rəhməti ona nazil olar.

58. Möminə nəsihət etməyin savabına malik olar.

59. O məclisdə ki, Qaim (ə.f) üçün dua edilər, mələklərin gəldiyi yer olar.

60. Mələklər onun üçün bağışlanma istəyərlər.

61. O, insanların yaxşılarından hesab olunar.

62. Bu dua İlahi Övliyanın əmrinə itaətdir ki, Allah itaət olunmasını vacib buyurmuşdur.

63. Allah Təalanın razı olmasına səbəb olar.

64. Həzrət Peyğəmbəri (s) sevindirər.

65. Bu dua – Allah yanında ən sevimli əməldir.

66. Fərəc üçün dua edən o kəslərdən olar ki, Allah behiştdə ona hökumət verər.

67. Bu dua bərzəx aləmində onun üçün münis olar.

68. Ən üstün əməldir.

69. Qəmin uzaqlaşmasına səbəb olar.

70. Qeyb zamanı edilən dua, zühur zamanı edilən duadan daha üstündür.

71. Mələklər dua edən üçün dua edərlər.

72. İmam Səccadın (ə) duası ona şamil olar.

73. Bu dua Səqəleynə söykənmək deməkdir.

74. İlahi kəndirə çəng vurmaqdır.

75. İmanın kamil olmasına səbəb olar.

76. Bu dua Allahın şüarına təzim etməkdir.

77. Bu duanı edən Peyğəmbərlə (s) şəhid olanın savabına malik olar.

78. Behiştdə dərəcəsi yüksələr.

79. Qiyamət günü pis hesabdan amanda olar.

80. Həzrət Zəhranın (s.ə) şəfaəti ilə xilas olanlardan olar.

Allah Təala bizləri fərəc üçün dua edənlərin sırasında qərar versin, inşəallah.

 

Bənzər Olanlar