Niyyətin hidayət göstəricisi olaraq əhəmiyyəti və mühümlüyü | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Niyyətin hidayət göstəricisi olaraq əhəmiyyəti və mühümlüyü

Ramal Əmiraslanov

2018-01-07 10:42:09 2696 Məqalələr

De: Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir! (İsra-84)

 İslaminSesi.info- İmam Sadiq (ə) Quranın bu ayəsini “De: 'Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!” oxuyub buyurdu: “Yəni öz niyyətlərimizə görə Allahdan istəyərik” 

Niyyət məsələsi əməlin özü qədər, hətta əməldən də önəmlidir. Çünki Peyğəmbərimiz (s) “əməllər niyyətə bağlıdır” buyurub. Hər kəs öz niyyətinə görə istəyir. Hətta əməl edə bilməsə belə niyyəti insan üçün həlledici rola malikdir. Ayənin davamında deyilən “Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!” ifadəsi də buna sübutdur.

 

Bəzən olur ki, insanın bir işi görməyə fiziki və maddi imkanları yetmir. Lakin urəyindən o işi görmək, kiməsə yardım etmək fikri keçir. Bu fikir insanın daxili aləminin göstəricisidir. Zülmə, qəddarlığa razı olan, hətta şad olan insan o işi görməsə belə zülüm və nifaq onun ruhunu bürümüşdür demək. Yaxud qəlbi mərhəmət, şəfqətlə dolu olan insan dünyanın bir guşəsində zülm olunmuş bir məzluma ürəyi yanır, lakin bir iş görə bilməsə də bu niyyəti Allah yanında bəyənilən və önəmlidir. Çünki insanın insanlığını formalaşdıran məhz niyyətidir. Qurani Kərim insanın niyyətinin “böyüklüyünə” işarə edərək buyurur:

 

“De: 'Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi All!ah üçündür” (Ənam-162)

 

Düzdür insanın bu mərtəbəyə: namazının, ibadətinin, ölümünün, həyatının sırf Allah üçün olması mərtəbəsinə yetişməsi çox çətin bir işdir. Bu dərəcəyə Allahın yalnız xüsusi bəndələri yetişir. Lakin Allah Təala bu yolu hər kəs üçün açıq qoymuşdur. Hətta gücü yetməyənlər üçün belə. Necə? Niyyət etməklə. Necəki ayədə buyurulur: “De ... !”

 

Demək! Yəni niyyət etmək! Qərar vermək. Qəlbin dili ilə demək. Allah Təala insanı niyyəti müqabilində hidayət edir. Önəmli olan budur ki, insan niyyət edib istəsin. Allahın ayədə ondan istədiklərini desin... Necəki Allah Rəsulu (s) buyurub: “Möminin niyyəti əməlindən xeyirlidir”.

 

Ayə və hədislərə əsasən insanın hidayət qapısının açarı və insanlığının göstəricisi NİYYƏTidir. Çünki bütün əməl, iş, qərar, fəaliyətlər bu “dəryadan” qaynaqlanır./Yaşar Nuriyev

Bənzər Olanlar