Paylaş
Facebook Twitter Google+

Kafirlərlə münasibətdə izzət və iqtidarı qorumaq!

Ramal Əmiraslanov

2018-08-30 10:54:34 3778 Məqalələr
İslam üstünlük qazanacaq və heç bir şey ondan üstün olmayacaq!
 
"Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz." (Hud, 113).

İzah: İslam cəmiyyətinin izzət və iqtidarını qorumaq İslam dinində siyasətə hakim olan ən mühüm prinsiplərdəndir. Bir çox Quran ayəsi müsəlmanları bu prinsipə riayət etməyi əmr etmiş və onları kafirlərlə yaxın münasibətdən, onlara tam etimad etməkdən çəkindirmişdir. Bu prinsip “nəfyi-səbil” qaydasının əsasını təşkil etmişdir. Hansı ki “Nisa” surəsinin 141-ci ayəsi buna işarə edir və İslam alimləri tərəfindən də diqqətə alınmışdır.
 
Bu qaydaya görə, müsəlmanların kafirlər üzərində üstünlüyünün azalmasına səbəb olan istənilən növ qanun və ya beynəlxalq müqavilə və öhdəlik keçərsiz və əsas etibarilə batildir. Kafirlərlə münasibətlərin tənzimlənməsi üzərində bu qədər dayanılmasına səbəb odur ki, onların müsəlmanlarla düşmənçiliyinin sərhədi yoxdur. Onlar müxtəlif növ məkr və hiylə ilə İslam dinini zəiflətməyi planlayırlar. Ona görə də İslam hökumətinin məsul şəxsləri onlarla münasibətlərdə ayıq-sayıq olmalı, etimad etməməlidirlər. 

Hədis: İslam peyğəmbəri (s): “İslam üstünlük qazanacaq və heç bir şey ondan üstün olmayacaq.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 334, hədis: 5719).
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bənzər Olanlar