Hicab cəmiyyətin psixoloji balansını qorumaq üçün ən mühüm amillərdən biridir | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Hicab cəmiyyətin psixoloji balansını qorumaq üçün ən mühüm amillərdən biridir

Ramal Əmiraslanov

2018-07-12 09:26:50 1062 Məqalələr

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicab bir qadının iffəti və həyasıdır. Əgər qadın cəmiyyətdə hicaba riayət edərsə, cəmiyyətdə cinayətlər azalar və insanlar rahatlıq və hüzur içində yaşayarlar. İslam dininin tövsiyə etdiyi hicab insana fərdi, ictimai və psixologi rahatlıq gətirir.

İmam Əli (əleyhi səlam) bu mövzu ilə bağlı narahatlıqlarını İmam Həsənə (əleyhi səlam) belə bildirir: “(Qadınları) hicab pərdəsində saxla ki, naməhrəmi görməsinlər. Çünki hicabda ciddi olmaq – onların salamatlıq amilidir”.

İmamın (əleyhi səlam) nəzərinə görə hicab cəmiyyətin psixoloji balansını təmin edən mühüm amildir.

Əmirəl-möminin (əleyhi səlam) qadınların axəril-zamandakı geyimlərinə işarə edərək buyurur: “Axəril-zamanda ki, ən pis zamandır, qadınlar paltarsız aşkar olacaqlar. Onlar dinin sərhədindən xaric olub, fitnələrə daxil olacaqlar. Şəhvətə tərəf meyil edir və tələsirlər. Haramları halal edir, nəticədə cəhənnəmdə əbədi əzaba düçar olarlar”.

Bu nurani hədisdən bir neçə nəticə çıxartmaq olar:

  1. O zaman ki, qadınlar hicaba riayət etməzlər – ən pis zamandır.
  2. Qadınlar evlərindən bəzənərək çıxarlar və iffət səngərini sındırarlar. Dindən xaric olarlar.
  3. Bu cür qadınlar fitnələrə səbəb olurlar.
  4. Bu cür qadınların şəhvətə meyilləri vardır və şəhvətpərəstlik onlara hakim olmuşdur.
  5. Bu cür qadınlar haramları halal edir və dinin sərhədlərini tapdalayırlar.
  6. Nəticədə bu cür qadınlar cəhənnəmdə əbədi əzaba düçar olar.

Beləliklə deyə bilərik ki, hicab – cəmiyyətin psixoloji balansını qorumaq üçün ən mühüm amillərdən biridir. Əgər bu balans pozularsa, cəmiyyətdə fəsad artar və dinin sərhədləri pozular. 

Bənzər Olanlar