Paylaş
Facebook Twitter Google+

İMAM SADIQIN (Ə)-IN MÜDRIK INSANLARLA BAĞLI BU NƏSIHƏTI HƏYATINIZI DƏYIŞƏCƏK!

Ramal Əmiraslanov

2018-01-22 08:21:17 305 Məqalələr

Həmçinin Hz. Əlidən (ə) nəql olunan “Övladlarınızı öz zəmanənizə görə deyil, onların öz zəmanəsinə görə yetişdirin” hədisini insanın öz zəmanəsinin elmlərindən də xəbərdar olmalıdır kimi təhlil etmişlər.

 

 İslaminSesi.info- “İnsan düşünən varlıqdır”. İnsan barəsində söz deyən, insanı araşdıran bütün elmlər, xüsusən də məntiq və fəlsəfə insana bu cür tərif verir. Çünki yeganə xüsusiyyət ağıl və düşüncədir ki, insan bu xüsusiyyətdə digər canlılarla şərik deyil. Digər canlılarda bu xüsusiyyətin müəyyən əlamətləri olsada insandan başqasına “ağıl sahibi” deyilməz.

 Müdrüklük isə dərin ağıl sahiblərinə deyilir. Yəni idrak, ibrət sahibi olan insanlara. Ağıl neməti Mütəal Allahın insanə bəxşişidir. Müdriklik isə hər bir insanın bu ağıl nemətindən istifadə edərək əldə etdiyi imtiyaz və nailiyyətdir.

 İmam Sadiq (ə) müdrikliyin əhəmiyyətinə və bu işin bütün insanların insanı bir öhdəliyi və vəzifəsi olmasına işarə edərək buyurub:

 “Müdrik (ağıl sahibi) insan o kəsdir ki, hər şeydən əvvəl öz vəzifəsini və yerini bilsin, öz dilinə nəzarət edə bilsin və zəmanəsini tanıyan olsun”

 İmamın (ə) bu kəlamına diqqət etsək görərki ki, qeyd olunan hər üç mətləb həm fərdi, həm də içtimai mətləbləri ehtiva edir: 

Vəzifə və yerini bilmək insandan böyük, geniş baxış tələb edir. Dərin və geniş baxışla baxan insan özünü görə bilir. Özünü görən insan bir məxluq olaraq Xaliq qarşısındakı yerini və vəzifəsini, digər məxluq qarşısındakı öhdəliyini bilər.

 

Dil insanın daxili aləminin gösdəricisidir. Necəki Hz. Əli (ə) buyurub: “Kişi dilinin arxasında gizlənib”. Daxili aləmi paklaşan insanın dili də pak olar. Dil içtimai münasibətlərin qorunmasında və dəvamiyyətində ən mühüm amillərdəndir. Bu səbəbdən dilin paklaşmağı önəmlidir.

 

Zəmanəsini tanımaq, yaşadığı dövrdə hadisələrin gedişatını agahlıq və bəsirətlə izləmək hər bir ağıl sahibinin mühüm vəzifəsidir. Əks təqdirdə müxtəlif maraq sahiblərinin əlində alət olar, həm dünyasını, həm də axirətini fəlakətə çevirər. Həmçinin Hz. Əlidən (ə) nəql olunan “Övladlarınızı öz zəmanənizə görə deyil, onların öz zəmanəsinə görə yetişdirin” hədisini insanın öz zəmanəsinin elmlərindən də xəbərdar olmalıdır kimi təhlil etmişlər./Yaşar Nuriyev

 

Bənzər Olanlar