Paylaş
Facebook Twitter Google+

Allahla söhbət etmək üçün ən yaxşı dil və yol nəticə verəcəkdir?!

Ramal Əmiraslanov

2020-05-18 00:56:29 1505 Məqalələr

Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir. (Tebyan)

Bir gün Həzrət Əli (ə) bazara gəlir və heç kəs onun gəldiyini hiss etmir. Bir nəfər söhbət etməklə məşğul idi. O, deyir: “And olsun o Kəsə ki, yeddi pərdə arxasında gizlənmişdir!”. İmam (ə) soruşur: “O kimdir ki, yeddi pərdə arxasında gizlənmişdir?”. Həmin kişi deyir: “Allahdır, ey Əmirəl-möminin!”. İmam (ə) buyurdu: “Səhv edirsən, ölüm sənin üçün bu cür etiqaddan daha yaxşıdır. İzzət və Cəlala malik olan Allahla məxluqları arasında pərdə yoxdur. Çünki Allah məxluqları harada olursa-olsun, onunladır”. Həmin kişi soruşdu: “Ey Əmirəl-möminin! Bəs dediklərimin kəffarəsi nədir?”. Həzrət (ə) buyurdu: “Budur ki, bilirsə harada olursansa-ol, Allah səninlədir”.

 

Bu hədisdən göründüyü kimi, Allahı istədiyin kimi çağıra bilməzsən. Bəs necə çağırmalı? “(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır)”. (“Əraf” 180).

Fiqhi və dinin nəzərinə görə insan özbaşına Allaha ad qoya bilməz. Yaxşı olar ki, Quran ayələrinin və hədislərin buyurduğu adlarla Allahı çağıraq.

 

İnsan dua edən zaman öz dilində etsə, daha yaxşı olar. Çünki bu zaman qəlb hüzuru əldə edər və dediklərininin mənasını dərk edər. Allahdan nə istəyini bilər. Mühüm olan budur ki, insanın əqidəsi düzgün olsun və Allahı haqq işlərə görə çağırsın. Vacib deyildir ki, Allaha etdiyi münacat ərəb dilində olsun. Öz dilində olsa, bəlkə onun üçün daha yaxşıdır./Deyerler.

Bənzər Olanlar