Paylaş
Facebook Twitter Google+

Həzrət Əlinin (ə) 12 açıq-aydın fəziləti (qısa kəlamda)

Ramal Əmiraslanov

2018-04-22 19:47:22 1278 Məqalələr

Peyğəmbər (ə) buyurdu: “Əli insanların ən şücaətlisidir”.


1. Həzrət Əli (ə) iştirak etdiyi bütün döyüşlərdən qələbə ilə qayıtmışdır. (1)
2. Peyğəmbər (ə) buyurdu: “Əli insanların ən şücaətlisidir”. (2)
3. Döyüşdə rəqibini bir zərbə ilə öldürürdü. Hədisdə gəlmişdir: “Onun (Əlinin) qılınc zərbəsi həmişə bir zərbə olurdu”. (3)
 
4. Peyğəmbər (s) daim buyururdu: “Əli Allahın düşmənlərinə qarşı çəklilən Allahın qılıncıdır”. (4)
5. Həzrət Əli (ə) daha çox piyada döyüşürdü. Ata minsəydi də onun üçün o qədər önəmli deyildi. 
Həzrətdən ata minməməsinin səbəbini soruşdurqda buyurdu: “At ya düşməni təqib etmək üçündür, ya da döyüş meydanından qaçmaq üçün. Mən nə düşmənə arxa çevirib qaçıram, nə də qaçanı təqib edirəm. Bəs at mənim nəyimə lazımdır?!”. (5) 
 
6. Həzrət Əlinin (ə) zirehi təkcə onun sinə hissəsini örtürdü. 
İmam Əlidən (ə) soruşdular ki, nə üçün zirehinin arxa hissəsi yoxdur? Bir kəsin səni arxadan vuracağından qorxmursan?
Həzrət buyurdu: “Mən heç vaxt düşmənə arxa çevirmirəm və meydandan qaçmıram və Allah belə bir günü gətirməyəcək”. (6) 
 
7. Həzrət Əlinin (ə) döyüşdə şücaət və müqaviməti elə idi ki, müşrik və kafirlər döyüşdə onu görəndə öz ölümlərini gözləri ilə görürmüşlər kimi bir-birlərinə vəsiyyətlərini edirdilər. (7)
 
8. İki qoşun bir-birinin qarşısında dayandıqda hamı bir-birinə deyirdi: “Ölüm mələyi Əli (ə) olan qoşundadır. Qarşı qoşun özünü ölümə hazırlasın”. (8)
 
9. Bir gün imam Əlinin (ə) ordu sərkərdələrindən biri həzrətdən soruşdu: - Atlar hürküşsə və biz bir-birimizdən uzaq düşsək, səni harada tapaq? İmam buyurdu: “Məndən uzaqlaşdığınız həmin yerdə (Yəni mən həmin öz yerimdə qalacağam)”. (9)
 
10. İmam Əli (ə) Cəməl döyüşündə bayrağı oğlu Məhəmməd Hənəfiyyəyə verib belə buyurdu: “Dağlar öz yerindən qopsa da, sən öz yerində möhkəm ol. Dişlərini bir-birinə sıx. Başını Allaha tapşır, ayaqlarını yerə mıxla. Gözün həmişə qoşunun arxasına dikilmiş olsun (ora qədər irəlilə) və gözlərini yum (yəni, himmətsizlik və dardüşüncəlilik etmə). Bil ki, qələbə Sübhan olan Allah tərəfindəndir”. (10)
 
11. Həzrət Əmir əl-möminin Əli (ə) dünya çörəyindən təkcə arpa çörəyi ilə kifayətlənirdi və buğda çörəyi yemirdi. Camaat həzrətin bu işindən heyrətlənərək soruşdular: Əbu Talibin oğlu bu az yemək və az qidalanmaqla döyüşlərdən adlı-sanlı pəhləvanlara necə qalib gələ bilir?
Mövla Əli (ə) onların cavab verib buyurur: “Bilin ki, (suyun az çatdığı) çöl ağacının taxtası bərkdir (möhkəmdir). Amma (suyu çox olan bağlarda əkilmiş) yaşıl ağacların qabıqları daha nazikdir. (Yağış suyundan başqa digər bir su tapmayan) səhra bitkilərinin alovlarının şöləsi daha çox saçır və onlar daha gec sönürlər”. (11)
 
12. Həzrət Əli (ə) məktublarının birində yazır: “Allaha and olsun ki, əgər bütün ərəblər mənə qarşı müharibə etməyə birləşsələr onların qabağından qaçmaram və ələ fürsət düşsə onlara tərəf tələsərəm”. (12)

Qaynaqlar: 
1. Təbərani, “Möcəmül-əvsət”, c. 3, səh. 87, hədis 2176.
2. İbn Məğazəli, “Mənaqibu Əli ibn Əbi Talib”, səh. 143 və 188.
3. İbn Əbil-Hədid, “Şərh nəhcül-bəlağə”, c. 1, səh. 20.
4. Şeyx Səduq, “Əmali”, səh. 61.
5. İbn Şəhr Aşub, “Mənaqibu Ali Əbi Talib”, c. səh. 298.
6. İbn Bəkkar, “Əl-əxbarul-muvəffəqiyyat”, səh. 343. İbn Əbil-Hədid, “Şərh nəhcül-bəlağə”, c. 20, səh. 280.
7. İbn Məğazəli, “Mənaqibu Əli ibn Əbi Talib”, səh. 140. Zəməxşəri, “Rəbiul-əbrar”, c. 3, səh 319.
8. Rağib İsfəhani, “Əl-mühazirat”, c. 3, səh. 138.
Əbşəyhi, “Əl-müstətrəf”, c. 1, səh. 178, bab 41.
10. “Nəhcül-bəlağə”, xütbə 11.
11. “Nəhcül-bəlağə”, məktub 45.
12. “Nəhcül-bəlağə”, məktub 45./Hazırladı: Seyid Zahir 
 

Bənzər Olanlar