Paylaş
Facebook Twitter Google+

Allahın təqdirinə razı olmaq nə deməkdir?

Ramal Əmiraslanov

2019-11-02 08:32:20 1711 Məqalələr

Allahın təqdirinə razı olmaq dedikdə, müşkül və çətinlik zamanı, xəstəlik zamanı gileylənməmək və İlahi hikmətə etimad etmək nəzərdə tutulur.

O zaman ki, insan zahirdə xəstəliyə nəzər salır, ağrı və əziyyətdən başqa bir şey görmür. Ancaq o zaman ki, Quran ayəsinə və hədislərə nəzər salırıq, görürük ki, xəstəlik də belə, Allahın insana əta etdiyi nemətlərdəndir. Eləcə də, əgər iqtisadi çətinliklərimiz, hansısa müşküllərimiz varsa, bunların hamısı İlahi hikmət üzərindən baş verər. Ona görə də narazılıq yerinə, onunla barışmaq və razı olmaq – daha bəyənilən əməllərdən hesab olunur.

Əlbəttə, bu, o demək deyildir ki, insan ruzi qazanmaq üçün heç bir səy göstərməsin və desin ki, Allah belə təqdir etmişdir. Xeyr, insan gərək əlindən gələni etsin və nəticəsinə görə isə Allaha təvəkkül etsin. (Tebyan)

“Mal və övladlar – dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir”. (“Kəhf” 46).

İlahi təqdirə razı olmağın nəticələri nədir?

1. Aramlığa çatmaq. Aramlıq və ruhi rahatlıq hissi ən üstün mənəvi fəzilətlərdən hesab olunur. O kəs ki, başına gələnləri İlahi təqdir hesab edər – artıq heç bir şeyin qəmini yeməz və ruhi rahatlıq əldə edər.

Çünki Allahın Müdrik olduğuna etimad edər. İmam Əli (ə) buyurur: “Hər kim Allahın ruzisinə şad olar, əldən verdiklərinə görə qəm yeməz”. Ona görə də Quran buyurur: “Məgər Allah, bəndəsin(in işlərin)ə kifayət deyil?!”. (“Zumər” 36).

2. Duaları yerinə yetər. İmam Həsən Müctəba (ə) buyurur: “Mən o kəs üçün ki, qəlbinə (Allah) razılığından başqa bir şey düşməz, zəmanət edirəm ki, Allahı çağırar və duası yerinə yetər”.

Allah Təala Davud (ə) peyğəmbərə buyurur: “Sən istəyirsən və Mən istəyirəm. Və o şey ki, həyata keçər – Mənim istəyimlədir. Ona görə də əgər Mənim istəyim qarşısında təslim olarsan, sənin istəyini yerinə yetirərəm. Əgər Mənim istəyimə təslim olmasan, o şeyi ki, istəyirsən – səni onun (yolunda) əziyyətə salaram. Sonda da Mənim istəyimdən başqası həyata keçməz”./Deyerler.

Bənzər Olanlar