Paylaş
Facebook Twitter Google+

İMAM HÜSEYNİN (Ə) AŞURA GÜNÜ SÖYLƏDİYİ SON KƏLAMLARDAN – 12 HƏDİS

Ramal Əmiraslanov

2019-04-10 11:15:15 2786 Məqalələr

1. Düşmən qoşunundan bəziləri imam Hüseynin (ə) qətlə yetirildiyini güman edərək xeymələrə hücum çəkdikdə, İmam (ə) fəryad edərək buyurdu:

اِنْ لَمْ يَكُنْ لَكُمْ دِينٌ وَ كُنْتُمْ لَا تَخَافُونَ الْمَعَادَ، فَكُونُوا اَحْرَارًا

“Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyada qeyrətiniz olsun!”[1]

 

2. İmam Hüseyn (ə) buyurmuşdur:

لَا وَاللهِ لَا اُعْطِيكُمْ بِيَدِي إِعْطَاءَ الذَّلِيلِ وَ لَا اَفِرُّ فِرَارَ الْعَبِيدِ

“And olsun Allaha, mən nə özümü zillətlə sizə təslim edəcək, nə də qul kimi qarşınızdan qaçasağam!”[2]

 

3. İmam Hüseyn (ə) buyurmuşdur:

أَلَا وَ إِنَّ الدَّعِيَّ ابْنَ الدَّعِيِّ قَدْ رَكَزَنِي بَيْنَ اثْنتَيْنِ بَيْنَ السُّلَّةِ وَ الذِّلَّةِ وَ هَيْهَاتَ مِنَّا الذِّلَّةُ

“Agah olun ki, bu zinazadə oğlu zinazadə (İbn Ziyad) məni iki işin arasında saxlayıb; ya zillətlə beyət edim, ya da qılıncla doğranım. Zillət isə bizdən çox-çox uzaqdır!”[3]

 

4. İmam Hüseyn (ə) buyurmuşdur:

مَوْتٌ فِي عِزٍّ خَيْرٌ مِنْ حَيَاةٍ فِي ذُلٍّ

“İzzətli ölüm zillətli ömürdən yaxşıdır!”[4]

 

5. İmam Hüseyn (ə) buyurmuşdur:

فَإِنِّي لَا اَرَي الْمَوْتَ اِلَّا سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ اِلَّا بَرَمًا

“Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm!”[5]

 

6. İmam Hüseyn (ə) buyurmuşdur:

هَيْهَاتَ مِنَّا الدَّنِيَّةُ، هَيْهَاتَ مِنَّا الذِّلَّةُ

“Alçaqlıq və zillət bizdən çox-çox uzaqdır!”[6]

 

7. İmam Hüseyn (ə) buyurmuşdur:

الْمَوْتُ اَوْلَيٰ مِنْ رُكُوبِ الْعَارِ

“Ölüm alçaqlıqdan çox yaxşıdır.”[7]

 

8. İmam Hüseyn (ə) buyurmuşdur:

مَرْحَبًا بِالْقَتْلِ فِي سَبِيلِ اللهِ

“Eşq olsun, Allah yolunda ölümə!”[8]

 

9. İmam Hüseyn (ə) buyurmuşdur:

مَنْ سَمِعَ وَاعِيَتَنَا اَوْ رَأَيٰ سَوَادَنَا فَلَمْ يُجِبْنَا وَ لَمْ يُغِثْنَا، كَانَ حَقًّا عَلَي اللهِ عَزَّ وَ جَلَّ اَنْ يُكِبَّهُ عَلَيٰ مِنْخَرَيْهِ فِي النَّارِ

“Bizim fəryadımızı eşidib cavab verməyəni və ya qaraltımızı görüb bizə qoşulmayanı Allah-Taala üzüüstə cəhənnəmə atarsa, haqqdır!”[9]

 

10. İmam Hüseyn (ə) buyurmuşdur:

هَلْ مِنْ نَاصِرٍ يَنْصُرُنِي وَ هَلْ مِنْ مُعِينٍ يُعِينُنَي، هَلْ مِنْ ذَابٍّ يَذُبُّ عَنْ حَرَمِ رَسُولِ اللهِ (ص)

“Mənə qoşulmaq istəyən bir igid varmı? Bir kəs varmı ki, mənə yardım etsin? Bir kəs varmı ki, Peyğəmbərin “xanədan”ını (Əhli-beytini) müdafiə etsin?”[10]

 

11. İmam Hüseyn (ə) buyurmuşdur:

رِضَا اللهِ رِضَانَا اَهْلَ الْبَيْتِ

“Biz Əhli-beyt yalnız Allahın istəyinə razıyıq!”[11]

 

12. İmam Hüseyn (ə) buyurmuşdur:

رِضًا بِقَضَائِكَ وَ تَسْلِيمًا لِأَمْرِكَ وَ لَا مَعْبُودَ سِوَاكَ، يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ

“Pərvərdigara, Sənin qəza-qədərinə razı və Sənin əmrinə təsliməm! Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!”[12]

 

(Maide.az)

[1] “Biharul-ənvar”, c. 45, səh.49.

[2] “İrşad”, səh.235.

[3] “Luhuf”, səh.97.

[4] “Luhuf”, səh.97.

[5] “Luhuf”, səh.97.

[6] “Tuhəful-uqul”, “İmam Hüseyndən hikmətlər (ə)” bölümü.

[7] “Mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.68.

[8] “Əyanuş-şiə”, c.1, səh.581.

[9] “Məvsuətu kəlimatil-imamil-Hüseyn (ə)”, səh.369.

[10] “Biharul-ənvar”, c. 45, səh.46.

[11] “Biharul-ənvar”, c. 44, səh.666.

[12] “Məqtəlul-Hüseyn (ə)”, səh.283.

Image result for Ä°mam Huseyn

 

Bənzər Olanlar