Paylaş
Facebook Twitter Google+

Nə üçün Əhli-beyt Salmanı sevirdi?

Ramal Əmiraslanov

2018-03-09 15:13:20 2166 Məqalələr
Salman Farsi Əmirəlmöminin (ə) istəyini öz istəyindən üstün tutur!
 
Xətte-Hizbullah: İnqilab Rəhbəri İmam Sadiqdən (ə) bir hədis zikr etməklə Salman Farsidən danışıb; Nə üçün Əhli-beyt Salmanı sevirdi?

İnqilab Rəhbəri şəmsi təqvimlə 2 bəhməndə, bazar ertəsi günü dərsi-xaric sinfində İmam Sadiqdən (ə) bir hədisi yada salaraq, cənab Salman Farsinin xüsusiyyətlərindən danışıb.
FNA xəbər verir ki, Xətte-Hizbullah nəşriyyəsi 118-ci sayında İnqilab Rəhbərinin dərsi-xaric sinfində bir hədisin şərhi barədə xüsusi xəbər dərc edib.

İnqilab Rəhbəri Cənab Ayətullah Xamenei 2 bəhmən bazar ertəsi günü dərsi-xaric sinfində dərsin başlanğıcında İmam Sadiqdən (ə) Salman Farsinin xüsusiyyətləri barədə hədisi şərh edib. Çünki bu hədis möminlər və inqilabçı zümrə üçün əxlaq və rəftarda ibrət ola bilər. Xətti-Hizbullah nəşriyyəsi bu söhbəti ilk dəfə dərc edir. 

بسم اللَّه الرّحمن الرّحیم. الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة اللّه علی اعدائهم اجمعین. «عَن مَنصورِ بنِ بَزرَج، قال: قُلتُ لِأَبی عَبدِاللّهِ الصّادِق (علیه‌السّلام): ما أَکثَرَ ما أَسمَعُ مِنکَ یا سَیِّدی ذِکرَ سَلمانَ الفارسی»

Ravi deyir: Sizdən Salmanın adının çox eşidirəm...
Görünür ki, həzrət (İmam Sadiq (ə)) Salman haqqında davamlı şəkildə danışıb. Həmin şəxs təəccüb edir ki, İmamın Salmana bu qədər diqqətinin, bəlkə də sevgisinin səbəbi nədir? 

«فَقال: لاتَقُل «الفارسی» وَ لکِن قُل سَلمانَ المُحَمَّدی»

İmam buyurur: Onun mənsubiyyəti bir tayfa ya yurda bağlılıqdan üstün olan dini mənsubiyyətdir. 
Əlbəttə ki, bu sözlər fars millətini kiçiltmək deyil. Həzrət Peyğəmbər (s) və imamlar (ə) farsı, İran xalqını mədh edib. Buna şübhə yoxdur. Demək istəyir ki, bu şəxs bir tayfaya, millətə mənsub olmaqla tanınmaqdan daha üstündür. Onun mənsubiyyəti əqidə, din, peyğəmbərə mənsubluğudur. O sanki peyğəmbərin oğludur!

«أَ تَدری ما کَثرَةُ ذِکری لَه؟»

Həzrət soruşdu ki, bilirsən nə üçün? 

«قُلتُ: لا. قال: ثَلاثِ خِصالٍ»

...Salmanda olan 3 xüsusiyyət onu çox yada salmağımın, adını çəkməyimin səbəbidir. Məsələn, onu tərifləyirəm, təzim edirəm, məhəbbətimi bidirirəm. 

«أَحَدُها: ایثارُه هَوی أَمیرِالمُؤمِنین (علیه‌السّلام) عَلی هَوی نَفسِه»

Nədir bu 3 xüsusiyyət? Biri budur ki, Əmirəlmöminin (ə) istəyini öz istəyindən üstün tutur. Aydın olur ki, bu hal dəfələrlə təkrarlanıb: Salmanın öz istəyi, ürəyindən keçən Əmirəlmömininin (ə) istəyindən fərqli olduğu halda Salman Əmirəlmömininin istəyinə önəm verib. Baxın Əmirəlmömininin məqamına! Təbii ki, bütün bunlar o ilahi cəlalın bir qismidir. Amma hər biri bir nişanədir. 

«وَ الثّانیَة: حُبُّهُ لِلفُقَراء وَ اختیارُه اِیّاهُم عَلی أَهلِ الثَّروَةِ وَ العَدَد»

...Yoxsulları sevirdi. Bəzilərinin cəmiyyətin yoxsul təbəqəsindən acığı gəlir. Onlara yaxın getmək, onlara doğru baxmaq istəmirlər. Özlərini onlardan üstün sayırlar. Amma o, yoxsulları sevirdi, onları varlılardan üstün sayırdı. Varlı ilə yoxsul arasında seçim aparmaq lazım gələndə, - varlının ya yoxsulun evinə getsin, varlıya ya yoxsula salam versin – yoxsulu varlıdan üstün tutardı. Bütün bunlar dərsdir. Biz tələbələrin, ruhani və alim cameəsinin əvvəldən bir xüsusiyyəti bu olub ki, zəif təbəqəyə yaxın olmuşuq. Bu böyük imtiyazdır. Bəli, bəzən varlı adamlar alimin görüşünə gələr, o da ehtiram göstərər. Amma ruhanilərimiz, alimlərimiz, mərcələrimiz, imam-camaatlarımız adətən yoxsul təbəqə ilə yaxın olublar. Bu çox mühümdür. Bu xüsusiyyəti qoryumalıyıq. Belə olmasın ki, alim və ruhanilərimiz siyasət aləmində bir məqam qazananda tariximizi, ənənələrimizi yaddan çıxarsınlar. Bir şəhərdə tanınmış bir alimin tacirlər, varlılar, mülk sahibləri ilə yaxınlıq edib yoxsulları yaddan çıxarması yaxşı iş deyil. Bu da başqa bir xüsusiyyət idi!

«وَ الثّالِثَة: حُبُّهُ لِلعِلمِ وَ العُلَماء»

Başqa bir (üçüncü) xüsusiyyət cənab Salmanın elmi sevməsidir, alimlərə sevgisidir. Bu üç xüsisiyyət səbəb olub ki, böyük cəlal və əzəmət sahibi olan İmam Sadiq (ə) Salmana diqqət, sevgi göstərir, onu mədh edir. 


«إِنَّ سَلمانَ کانَ عَبداً صالِحاً حَنیفاً مُسلِماً وَ ما کانَ مِنَ المُشرِکین»

Buyurur: Salman saleh bəndə, hənif müsəlmandır, müşriklərdən deyil...|nur-az
 
 

 

Bənzər Olanlar