Paylaş
Facebook Twitter Google+

Bu alim Həzrət Məsumənin (s.ə) hərəmində ilk dəfə camaat namazını təşkil etmişdir!

Ramal Əmiraslanov

2019-11-27 12:17:02 956 Məqalələr

Mərhum Seyyid Murtəza ölən zaman belə vəsiyyət edir: “Bütün ömrüm boyu qıldığım namazları yenidən qılın”.

Səbəbini soruşan zaman, alim deyir: “Mən namaza aşiq və Allahla dərdləşməkdən zövq alan insanam. İbadətlərimdən çox ləzzət almışam.

Həmişə namazın vaxtı girməzdən əvvəl dəqiqələri saymışam. Buna görə də ola bilsin ki, namazlarım xalis olmasın. Onu yerinə yetirən zaman xüsusi ruhi halda olmuşam. O namaz ki, bir faizi belə Allahdan qeyrisi üçün olar, Allah dərgahına layiq olmaz”.

 

Ayətullahul-üzma Mərəşşi-Nəcəfinin ən bariz sifətlərindən biri namazı, xüsusilə də sübh namazını əvvəl vaxtda qılmaq olmuşdur. Bu arif, Həzrət Məsumənin (s.ə) hərəmində camaat namazını təşkil edən insan olmuşdur.

 Alim özü nəql edir: “O zaman ki, Qumda sakin olmuşdum, Həzrət Məsumənin (s.ə) hərəmində sübh namazı camaatla qılınmırdı. Mən orada sübh namazını tək qılırdım. 60 il hərəmin qapıları açılmazdan əvvəl orada gözləyirdim ki, qapı açılsın.

Əvvəl namazı tək qılardım və bir müddətdən sonra bir nəfər mənə iqtida etdi. Ondan sonra başqa insanlar da gəldilər.

Bu tərtiblə hərəmdə sübh namazını camaatla qılmağa başladıq”. (İslami saytlara istinadən)-Deyerler.

Bənzər Olanlar