Paylaş
Facebook Twitter Google+

İslam maarifindən Dünyada rahat yaşamaq üçün 5 tövsiyə

Ramal Əmiraslanov

2018-04-11 18:35:08 4165 Məqalələr

Bu dünya fanidir və bir gün gələcəkdir ki, əbədi dünyaya köç edəcəyik. Ona görə də bu həqiqəti qəbul etməli və necə daha rahat yaşaya biləcəyimizin yollarını axtarmalıyıq.

 

Həyatda rahat yaşamaq üçün yaxşı olar ki:

 

1. Özümüzü bir qonaq hesab edək ki, bir gün öz evimizə qayıdacağıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir – əmanətdir. Həqiqətən də qonaq – köçəndir. Əmanət geri qaytarılar”.

 

2. Özünüzü qərib və yoldan keçən hesab edin. İnsanın arzusu budur ki, daimi olan məkanını abadlaşdırsın və gözəlləşdirsin. Ancaq əgər yaşadığı yer müvəqqətidirsə, onun üçün bəzi narahatçılıqlar heç də çox mühüm olmaz. Çünki müsafir çətinliklərə səbir etməyi bacarır.

Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada elə ol ki, sanki qəribsən və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver!”.

 

3. Bu dünyadan ürəyini qopart. İnsanın çəkdiyi bütün əziyyət və çətinliklər ürəyə aiddir. İkincisi isə gərək elə şeyə qəlbini bağlayasan ki, əbədi və davamlı olsun. Əgər bu dünyada olan zaman ürəyimizi axirətə bağlaya bilsək, o zaman bu dünyanın xoşagəlməz hadisələri bizim üçün dözümlü olacaqdır. İmam Əli (ə) buyurur: “Ürəklərinizi, bu dünyadan bədənləriniz ondan xaric olmazdan əvvəl xaric edin”.

Başqa yerdə buyurur: “Dünyada bədəninlə ol, axirətdə qəlbinlə”.

 

4. Dünyanı xoş bir yuxu bilmək. Dünya o qədər qısadır ki, insan gözünü yumub açınca sona çatır və Adəm övladına arxa çevirir. Ona görə də dünyanı bir yuxuya bənzədirlər. Aqil insan nə yuxuda əldə etdiklərini həqiqət bilər, nə də əldən verdiklərini. İmam Sadiq (ə) buyurur: “Dünyanı bir mal qərar ver ki, yuxuda əldə etmisən. Çünki ayılan zaman ondan heç nəyi tapmayacaqsan”.

 

5. Dünyanı bir körpü hesab edin ki, onun üzərindən keçməkdəsiniz. O kəs ki, səfər zamanı bir körpünün üstündən keçər, heç bir zaman körpünün gözəlliyinə, rahatlığına xüsusi diqqət etməz. Körpünün əziyyəti onu incitməz. 

Dünya da axirətə köçmək üçün bir körpüdür. Loğman oğluna belə buyurur: “Dünyanı çay üzərində olan körpü bil ki, ondan keçirsən. Günün sonuna qədər onu tərk edirsən. Bir daha ona qayıtmayacaqsan”./Deyerler

 

Bənzər Olanlar