Paylaş
Facebook Twitter Google+

İslam maarifinə əsasən Hədəflərimizin düzgün olub-olmamasını necə bilək?

Ramal Əmiraslanov

2019-01-08 12:29:23 3414 Məqalələr

Həzrət İmam Rza (ə) bizə həqiqi möminin üç bariz sifətini tanıtmışdır ki, onunla tanış olaq. İmam (ə) buyurur: “Heç bir mömin imanını kamil etməz, məgər o halda ki, onda bu üç sifət olar:
1. Dinşünaslıq. 2. Həyatda gözəl qərarlar vermək. 3. Müsibət və bəla zamanı səbir etmək”.

O zaman ki, insanlara müsəlmanla bağlı sual verirlər, zehnlərinə gələn ilk şey din olar. Bəs din nədir?

Əgər bir cümlədə dini tərif etmək istəsək, gərək deyək ki, İlahi müstəvidə insanların yerinə yetirməsi zəruri olan vahid qanun və göstərişlər silsiləsidir.

 

Bu mənanı iki hissəyə bölmək olar:

1. Vahid qanun və göstərişlər silsiləsi ki, ona din deyərlər.
2. İnsanlar gərək bu qanun və göstərişləri yerinə yetirsinlər.

Ancaq bu qanun və göstərişlərin Allah tərəfindən olması zəruridir. O halda həmin qanun və göstərişləri din adlandırmaq olar. Bütpərəstlərin və ya Günəşə, Aya pərəstiş edənlərin özləri üçün təyin etdikləri qanunları din adlandırmaq olmaz. (Tebyan)

 

İslam tək dindir ki, səma kitabı dəyişdirilməmiş və qanunları birbaşa Allah tərəfindən təyin edilmişdir. “Şübhəsiz(peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19).

 

Həyatda gözəl qərarlar vermək – möminin ikinci bariz sifəti olmalıdır.

 

Möminin hədəfi olar və bu hədəfə çatmaq üçün yaxşı planlar düşünər və ona əməl edər. O kəsin ki, dünyadakı hədəfləri Allahın təyin etdiyi hədəflər olarsa, əbədi səadəti əldə etmiş olar. “O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər”. (“Bəqərə” 46).

 

Doğru qərar vermək üçün isə insanın doğru təfəkkür qüvvəsi olmalıdır. Bilməlidir ki, nə üçün xəlq olunub və hara gedəcəkdir?“O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. (“Bəqərə” 156).

 

Mömin o kəsdir ki, Allaha təvəkkül edər və ancaq Ondan yardım istəyər. Ona görə də müsibət və bəla onun üçün çətin olmaz. Yaxşı bilər ki, bu müsibət və bəlalar onun üçün imtahan vasitələridir. Ona görə də səbir edərək, bu müsibətlərə qalib gələr və Allaha yaxınlaşar. “Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu İlahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir”. (“Ali-İmran” 146)./Deyerler.

Bənzər Olanlar