Paylaş
Facebook Twitter Google+

Allah həm də günahkarların Allahıdır! – Hz. Musaya (ə) olan vəhy

Ramal Əmiraslanov

2018-01-31 07:22:40 201 Məqalələr

(İbrahim) dedi: (Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?! (Hicr-56)

 

İslaminSesi.ifo- Quran və dini mətnlər insanın ən mühüm vəzifəsinin Allahı tanımaq olduğunu bildirir. Təbii ki, Allahı tanımaq Ona ibadət və itaəti də zəruri edir. Əks təqdirdə bəndə Onu tanımamışdır.

 

Küfr və inkar əhlinin Onu tanımaması məlumdur. Lakin təəssüf ki, bu tanımamazlıq Allahın vəhdaniyyətini təsdiq edənlər arasında da müxtəlif formalarda özünü göstərir. Bu müxtəlifliyin  biri də Allahın rəhmət və mərhəmətindən ümüdsüz olmaqdır. Halbuki Allah Təala Quranda buyurur:

 

“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif-87)

 

Yaxud Allahı tanımamazlıq başqa bir formada, digərlərinə tənə vurmaqla təzahür edir (özünü göstərir). Bəzən günah və yaxud hər hansı səhvə düçar olmuş birini tənə və təhqirlə Allahdan daha çox uzaqlaşdırmış oluruq. Halbuki bir insan olaraq bizim vəzifəmiz Allahı tanımaq və tanıtdırmaqdır.

 

 

Allahın günahkarlara qarşı olan mərhəmətini eşidib və ya mütaliə etdikcə insanın içi fərəhlə, ümidlə dolur:

 Hədisdə deyilir: Bir gün Musa (ə) peyğəmbər Rəbbi ilə münacatda buyurur:

Ey aləmlərin rəbbi!

Nida gəlir: “Ləbbeyk” (Qəbil edirəm) buyur ey Musa!

 

Musa (ə) : Ey itaət edənlərin Allahı!

Nida gəldi: “Ləbbeyk” (Qəbul edirəm) buyur ey Musa!

 

Musa (ə) bir daha: Ey günahkarların Allahı!

Nida gəldi: Qəbul edirəm! Qəbul edirəm! Qəbul edirəm! Buyur ey Misa!

 

Musa (ə) dedi: İlahi! Sənin hikmətin nədir ki, Aləmlərin rəbbi və itaət edənlərin Allahı deyəndə bir dəfə, günahkarların Allahı deyəndə 3 dəfə “Ləbbeyk” dedin?

 

Nida gəldi: Ey Musa! Ariflər öz məifətinə, itaətkarlar öz ibadət və itaətlərinə, xeyr əməl sahibləri öz yaxşı əməllərinə etimad edərlər. Amma günahkarların mənim rəhmətimdən savayı pənah aparacaq, ümid edəcək yerləri yoxdur. Əgər Mən də onları Öz dərgahımdan naümüd qaytarsam onlar kimə ümid aparar?!

(Qəsəsut-təvvabin -198)

 

Hz. Əli (ə) Kumel duasında buyurur: “Ey ümid edənlərin sığınacaq yeri!”

 

Unutmayaq ki, Mütəal Allah hər kəsin, bütün möminin, kafirin, fasiqin, kasıbın, varlının, xəstənin, şikəstin, sağlamın, uşağın, böyüyün, hər kəsin Allahıdır!|Yaşar Nuriyev

Bənzər Olanlar