Paylaş
Facebook Twitter Google+

Əhli-beyt imamları (ə) əzadarlıq məclislərini hansı formada keçiriblər?

Ramal Əmiraslanov

2018-09-12 10:53:22 1843 Məqalələr

Bu əzadarlığı peyğəmbər (s) xəbər veribmi? Yaxud digər imamların (ə) zamanında əzadarlıq olubmu? Olubsa hansı formada olub?

İslaminSesi.info – İmam Hüseyn (ə) hərəkatı ümumdini əhəmiyyət daşıdığı üçün, İmama (ə) saxlanılan əzadarlıq da öz növbəsində böyük əhəmiyyət daşıyır və İslama kölgə salmaq istəyənlərə bir növ etiraz dalğasıdır. Sanki bütün ümmət İmam Hüseynin (ə) ətrafında toplanır, o Həzrətin haqq olduğunu və haqq uğrunda mübarizə apardığını təsdiq edir.

Bu əzadarlığı peyğəmbər (s) xəbər veribmi? Yaxud digər imamların (ə) zamanında əzadarlıq olubmu? Olubsa hansı formada olub?

Bu sualları Nəcəf elmi hövzəsinin etiqadi məsələlər üzrə bürosu cavablandırıb: -Bəli, İmam Hüseynə (ə) ilk əza saxlayan İmam Səccad (ə) olub, hətta Əməvilərin zamanında. O Həzrət kütlənin içində təbliğ edərkən, atasının xüsusiyyətlərini sayar, ağlayar və ətrafdakılar da ağlayırdı. Bu onun (ə) etirazını göstərir.

Həmçinin mərhum Əllamə Məclisi möhkəm və etibarlı mənbələrə istinad edərək, bu vaqiənin peyğəmbər (s) tərəfindən də xəbər verilidiyini qeyd edib. Beləki, Allah rəsulu (s) qızı Fatiməyə (s.ə) övladı Hüseynin (ə) qətli barədə xəbər verdi və müsübət üz verəcəyini dedi. Fatimə (s.ə) bərk ağladı və dedi: Bu nə vaxt baş verəcək?

Peyğəmbər (s): Mənim, sənin və Əlinin olmadığı bir vaxtda. Həzrət Fatimə (s.ə) ağladı və dedi: Atacan, mənim övladıma kim ağlayacaq, ona kim matəm saxlayacaq?

Peyğəmbər (s): Ey Fatimə! Ümmətimin qadınları Əhli-beytimin qadınlarına, ümmətimin kişiləri isə Əhli-beytimin kişilərinə ağlayacaq və qiyamətə qədər bunu nəsildən nəsilə ötürəcəklər. Qiyamətin günündə sən qadınlara, mən isə kişilərə şəfaət edəcəyik. Biz Hüseynə ağlayanların əlindən tutub, xilas edib cənnətə aparacayıq.

Həmçinin qeyt edək ki, Əhli-beyt imamların (ə) əza saxlamağını təsdiq edən bu cür mənbələr həddən artıq çoxdur.

Əhli-beyt imamların (ə) hansı formada, dövrümüzdə olduğu kimi əzadarlıq etməsinə gəlincə isə, qeyd edək ki. Imamların həyat dövrü iki xilafətin: Əməvilərin və Abbasilərin vaxtına təsadüf edir. Bütün imamlar (ə) təqib, mühasirə və həbs halında yaşadıqları üşün əzadarlıq məclisləri günümüzdə olduğu şəkildə təşkil edilməyib. (Onlar (ə) dövrün və şəraitin tələbinə uyğun təbliğ ediblər)/ Yaşar Nuriyev

Bənzər Olanlar