Paylaş
Facebook Twitter Google+

Peyğəmbərin (s) Hz Fatiməyə (s.ə) tövsiyyəsi – Yatmazdan öncə bunlara əməl edin

Ramal Əmiraslanov

2018-09-27 13:52:51 1219 Məqalələr

İnsanın bütün əməllərinin nəticəsi onun özünə qayıdır. Bu özü də Allahın insan bir lütfüdür.

 

İslaminSesi.info – Mütəal Allah insanı Özünə bəndəlik üçün xəlq edib. İnsan öz bəndəliyini müxtəlif formalarda təzahür edir. O, buna həm vacib əməllərin icrası ilə, həm də Allahın razasına səbəb olan digər əməllərin icrası ilə nail olur. İnsanın bütün əməllərinin nəticəsi onun özünə qayıdır. Bu özü də Allahın insan bir lütfüdür.

 

Hz. Zəhra (s.ə) buyurur ki, bir gecə, yatmamışdan öncə atam, Allah rəsulu (s) bizə qonaq gəldi. Atam (s) mənə buyurdu:

 

Ey Fatimə, bu dörd əməli yerinə yetirməmiş yatmayın:

Quran xətm edin,

Bütün peyğəmbəri özünüzə şəfaətçi edin,

Bütün möminləri özünüzdən razı edin,

Həcc və Ümrəni yerinə yetirin.

 

Hz Fatimə (s.ə) buyurdu: Atacan bu əmr etdiyin işlərə mənin (bir gecədə) qudrətim yetməz.

 

Allah Rəsulu (s) təbəssüm edərək buyurdu:

Əgər yatmamışdan öncə 3 dəfə “İxlas” surəsin oxusan bir Quran xətm etmiş kimisən.

Əgər mənə və məndən öncəki peyğəmbərlərə salavat göndərsən bütün peyğəmbərləri qiyamət günündə özünə şəfaətçi qərar vermiş olarsan.

Əgər bütün möminlərə dua etsən, onlar səndən razı olarlar.

Yatmamışdan öncə sübhan Allah, əlhəmdulillah, la ilahə illəllah və Allahu əkbər desən Həcc və Ümrəni yerinə yetirmiş kimi olarsan.

 

Sonra peyğəmbər (s) üzünü İmam Əliyə (ə) tutub buyurdu:

 

Ey, Əli (ə) bu 5 əməli etməmiş yatma:

Hər gecə Quran xətm etməmiş, 4000 dirhəm sədəqə verməmiş, Kəbəni ziyarət etməmiş, yatağını cənnətə çevirməmiş, düşmənin şərrindən amanda olmamış yatma.

 

İmam (ə) soruşdu: Ey Allahın rəsulu (s) bunları necə edim?

 

Peyğəmbər (s) buyurdu:

Üç dəfə “İxlas” surəsin oxusan Quran xətm etmiş kimisən,

Dörd dəfə “Fatihə” oxusan 4000 dirhəm sədəqə vermiş kimi olarsan,

On dəfə “La ilahə illallah, ləhul-mulk və ləhul-həmd, yuhyi və yumit və huvə alə kulli şeyin qədir” zikrini desən Kəbəni ziyarət etmiş kimisən,

On dəfə “La hovlə və quvvətə illa billahil əliyyil əzim” desən cənnətdəki yerini qorumuş olarsan,

On dəfə “Əstəğfirullahil-əzim. Əlləzi La ilahə illa huvəl-həyyul qəyyum və ətubu ileyhi” zikrini desən düşmənin şərrindən amanda olarasn./Yaşar Nuriyev

 

 

Bənzər Olanlar