Paylaş
Facebook Twitter Google+

İMAM BAQİRİN (Ə) KƏLAMINDA İMAN ƏHLİNƏ SEVGİ

Ramal Əmiraslanov

2018-03-20 07:05:26 2946 Məqalələr
İctimai münasibətlərdə, başqaları ilə rabitələrdə, sevgi və nifrətlərdə əsas meyar və ölçü ilahi hədəfdir. İnsan iman çevrəsində addımlamaqla bütün rəftar, hərəkət və səylərini ilahi rəngə boyamalıdır. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:

وُدُّ الْمُؤْمِنِ لِلْمُؤْمِنِ فِی اللَّهِ مِنْ أَعْظَمِ شُعَبِ الْإِيمَانِ أَلَا وَ مَنْ أَحَبَّ فِی اللَّهِ وَ أَبْغَضَ فِی اللَّهِ وَ أَعْطَى فِی اللَّهِ وَ مَنَعَ فِی اللَّهِ فَهُوَ مِنْ أَصْفِيَاءِ اللَّهِ

“Möminin Allaha xatir başqa bir möminə sevgisi imanın ən böyük şöbələrindən biridir. Agah olun! Hər kim Allaha görə məhəbbət bəsləyərsə, Allaha görə düşmənçilik edərsə, Allaha görə bəxşiş edərsə və Allaha görə xəsislik edərsə, Allahın seçilmiş şəxslərindən olacaqdır.” (“Kafi”, Koleyni, 2-ci cild, səh.125.)

Başqa bir hədisdə imam Baqir (ə) buyurur:

إذا أرَدْتَ أنْ تَعْلَمَ أنَّ فیكَ خَیْراً، فَانْظُرْ إلی قَلْبِكَ فَإنْ كانَ یُحِبُّ أهْلَ طاعَهِ اللّهِ وَ یُبْغِضُ أهْلَ مَعْصِیَتِهِ فَفیكَ خَیْرٌ; وَاللّهُ یُحِبُّك، وَ إذا كانَ یُبْغِضُ أهْلَ طاعَهِ اللّهِ وَ یُحِبّ أهْلَ مَعْصِیَتِهِ فَلَیْسَ فیكَ خَیْرٌ; وَ اللّهُ یُبْغِضُكَ، وَالْمَرْءُ مَعَ مَنْ أحَبَّ.

“Əgər bilmək istəsən ki, sənin vücudunda xeyir var ya yox, öz qəlbinə və daxili aləminə bax; əgər qəlbin itaət əhlini sevir və günah əhlinə nifrət bəsləyirsə, sənin varlığında xeyir və səadət var. 

Əgər itaət əhlinə nifrət bəsləyir və günah əhlini sevirsə, səndə heç bir xeyir və yaxşılıq yoxdur və Allah sənə qarşı qəzəblidir. İnsan (qiyamət günü) öz sevdiyi şəxslə məhşur olacaq.” (“Vəsailuş-şiə”, 16-cı cild, səh.183, hədis 1.)

(Maide.Az)
 

 

Bənzər Olanlar