Paylaş
Facebook Twitter Google+

Mütəal Allah insandan yalnız iki şey istəyir – İmam Baqir (ə)

Ramal Əmiraslanov

2018-01-31 07:38:51 276 Məqalələr

De: O Allah təkdir. Heç nəyə möhtac deyil. (İxlas- 1-2)

 

İslaminSesi.info- Aləmin tək və yeğanə sahibi Allah Təaladır. Allah təkdir və heç bir şəriki yoxdur. Quran Allahın təkliyinə əqli bir dəlil gətirərək buyurur:

 

“Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah ( Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! (Ənbiya-22)

 

İnsana ağıl kimi əvəzsis bir nemət bəxş edilmişdir. İnsan ətrafını və ətrafda olanları ağılı ilə dərk edir, nəticə çıxarır. Bunun üçün Quran bir çox yerdə, dəfələrlə “düşünmürlərmi?” və ya “ağıl sahiblər”  kimi ifadələr işlətmişdir. Həmçinin qeyd etdiyimiz ayə də (Ənbiya-22) ağıl sahiblərinə meydan oxuyan bu kimi ayələrdəndir.

 

Ehtiyacsız olan Allah insanı yaratdı və onu (insanı) məhz Özünü (c.c) tanımağla mükəlləfləndirdi. Bütün nemətlər müqabilində insandan istənilən nemətin qədrini bilmək, nemət verənə şükür etməkdir. İmam Baqirdən (ə) nəql olunmuş bir hədisdə buyrulur:

 

“And olsun Allaha! Mütəal Allah insandan iki xislətdən başqa bir şey istəmir: Nemətləri iqrar etsin ki, ona olan nemətlərini artırsın və günahlarını etiraf etsin ki, (bağışlanma diləsin) onları bağışlasın.

(Muşkatul-ənvar 110)

 

Hədisdə iki mətləb qeyd edilib. İmamın da (ə) buyurduğu kimi bu iki mətləb insanın bütün vəzifəsini əhatə edir:

 

Birinci insan Allahı bütün aləmin həqiqi sahibi olmasını etiraf edir. Aləmin həqiqi sahibi insana yetişən bütün nemətlərin də həqiqi sahibi və bu neməti bəxş edəndir. Bu bilmək təsdiq etmək və bəndəçilikdir. İnsan neməti iqrar etməklə Allahın qüdrət və malikiyyətini təsdiq etmiş olur.

 

İkinci insanın günahlarını etiraf etməsidir ki, bu da insanın öz kiçikliyini və günahkar olmasını etiraf etməsidir. Günah anlamı da geniş mənalı anlamdır. Günah varsa hesab var deməkdir. Hesab varsa hesab çəkən var deməkdir, hesab günü var deməkdir və sair...

 

İmam (ə) insanın bütün vəzifə və məsuliyyətinin iki xislətdə elə cəm edib ki, sanki hədis bütün insanlığı özündə əks etdirir.|Yaşar Nuruyev

Bənzər Olanlar