Paylaş
Facebook Twitter Google+

İnsanları bəlalara düçar edən günahlar

Ramal Əmiraslanov

2018-01-14 08:16:57 4289 Məqalələr

Quran və digər dini mətnlərə əsasən insanların düçar olduğu bəlalar öz əməllərindən qaynaqlanır.

 

İslaminSesi.info- Allah Təala aləmin tədbir tökəni, bütün işləri yönəldəndir. Lakin bununla belə insana ixtiyar və düşünmə gücü verib. Hər bir insan öz əməlinə məsuldur.

 

Təbii ki, dünyada səbəb nəticə (hadisələrin səbəblərdən qaynaqlanması) qanunu höküm sürür. Baş vermiş bütün hadisələrin mütləq bir səbəbi, bir səbəbkarı vardır. İnsanın başına gələn, qarşısına çıxan hadisələr də bu cürdür. İnsanın qarşısına cıxan hadisə və ya müsibətlərdə onun ya birbaşa, yaxud da dolaysı ilə əlaqəsi vardır. Qurani Kərimdə insanın başına gələnlərlə əlaqədar insan özü qınanılır. Lakin çox vaxt insan buna etiraz edir, başına gələnlərin səbəbi ilə razılaşmır. Özünü qınamır. Bu onun ya unutqanlığından, yaxud həqiqəti görə bilməməsindən irəli gəlir. Lakin Allah adil və alimdir:

 

“(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.” (Nisa-79)

 

İmam Sadiq (ə) insanların başına gələn hadisələrə diqqət çəkərək onların düçar olduğu bəlalarda öz günahları olduğunu, içtimai bəla və pəsadların səbəbkarı insanın özü olduğunu bildirir. İmam (ə) buyurur:

 

“Əgər bu 4 işə rəvac verilsə, digər 4 iş aşkar olar:

 

1-Zina və pozğuluqlara rəvac verilsə (adiləşsə, artsa)  zəlzələlər artar.

2-Zəkatlar verilməsə dörd ayaqlı heyvanlar ölər, qırılar.

3-Əgər qazilər, məhkəmələr haqsız hökümlər versə asimanlar yağış yağdirmaz (bərəkət olmaz).

4-Əhd və peymanlar sındırılsa müşrüklər müsəlmanlara qalib olar (başlarına müsəllət olar).

 

Ola bilsin ki, kimsə düşünsün mən bunları etməmişəm lakin çətinliklərə düçaram. Diqqət etsək görərik İmamın (ə) qeyd etdiyi pis işlər və onların mənfi nəticələri hamısı içtimai bəladır. İçtimai pəsad və bəlalarda cəmiyyətin bütün fərdləri məsuldur./Yaşar Nuriyev

Bənzər Olanlar