Paylaş
Facebook Twitter Google+

Günah anlayışının Qurani-Kərimdə 16 müxtəlif mənası

Ramal Əmiraslanov

2019-01-09 12:00:08 3464 Məqalələr

Quran və Məsum İmamlar (ə) günahı müxtəlif adlarla tanıdırlar ki, hər birinin də özünəməxsus mənası vardır.

 

Quranda günahı bəyan edən sözlər və onların mənası ilə tanış olaq:

 

1. Zənb. "Ardınca olmaq” deməkdir. Belə ki, hər bir günah əməl ardınca dünya və axirət əzabı gətirər. Ona görə də günahı belə adlandırmışdılar. Bu söz Quranda 35 dəfə işlənmişdir.

 

2. Məsiyyət. “Allahın əmrindən boyun qaçırtmaq”dır. Onu bəyan edir ki, bəndə Allahın əmrlərindən boyun qaçırdar. Bu söz də Quranda 33 dəfə işlənmişdir.

 

3. Əsəm. “Süstlük” və “mükafatdan məhrum olmaq” mənasındadır. Çünki, həqiqətdə günahkar hər cür mükafatdan məhrum olar. Bu söz Quranda 48 dəfə işlənmişdir.

 

4. Siyə. “Qəbahətli və çirkin əməl” mənasındadır. Ardınca qəm və bədbəxtlik gətirər. Həsənə sözünün antonimidir. Bu söz də Quranda 165 dəfə işlənmişdir.

 

5. Curm. Mənası “meyvənin ağacdan ayrılması”dır. Cərimə sözü də bu sözdən götürülmüşdür. Curm o əməldir ki, insanı həqiqətdən, səadətdən və təkamüldən ayırar. Bu söz də Quranda 61 dəfə işlənmişdir.

 

6. Haram. Mənası “qadağan olmaq”dır. Belə ki, ehram o libasdır ki, insan həccdə və ümrədə onu geyinər. Bir çox əməllər ona qadağan olunar. Haram ay – o aydır ki, onda müharibə etmək qadağan olunmuşdur.

Məscidul-həram – o məsciddir ki, xüsusi hörmətə malikdir və müşriklərin ora daxil olması qadağandır. Bu söz Quranda 75 dəfə işlənmişdir.

 

7. Xətiyə. “Bilməyərəkdən edilən günah”dır. Bəzən də böyük günah kimi istifadə olunur. Bu sözün mənası odur ki, günah sayəsində insanda elə hal yaranır ki, ona nicat yolunu bağlayır. Qəlbi İlahi nurdan kəsilir.

Bu söz Quranda 22 dəfə işlənmişdir.

 

8. Fisq. Mənası “xurma dənəsinin qabığından çıxması”dır. Günahkar insanın Allah bəndəliyindən çıxmasına işarə edir. O, öz günahı ilə İlahi əmr hasarını yıxmış olar. Nəticədə qalasız və hasarsız qalar.

Bu söz də Quranda 53 dəfə işlənmişdir.

 

9. Fəsad. “Etidal haldan xaric olmaq”dır ki, nəticədə insan əməllərini hədər verər. Bu söz Quranda 50 dəfə işlənmişdir.

 

10. Fücur. “Həya və abır pərdəsinin cırılması” mənasını verir. Nəticədə həmin şəxsin rüsvay olmasına səbəb olur. Quranda 6 dəfə işlənmişdir.

 

11. Münkər. İnkar sözündən götürülüb və mənası “tanış olmayan”dır. Çünki günah insan fitrəti, sağlam ağlı ilə tanış deyildir. Fitrəti və ağlı onu çirkin hesab edir. Quranda 16 dəfə işlənmişdir.

 

12. Fəhşə. O söz və əməldir ki, onun çirkin olmasında şəkk və şübhə olmaz. Çox xar və ar əmələ şamil olur. Quranda 24 dəfə işlənmişdir.

 

13. Şər. Hər cür çirkin əməldir ki, bütün insanlar ona nifrət edərlər. Xeyir əməlinin antonimidir. Bu söz adətən bəla və müsibət zamanı istifadə olunar. Bəzən də günaha şamil olar. “Zəlzələ” surəsində olduğu kimi.

 

14. Ləməm. Günaha yaxın olmaq mənasını verir. Səğirə günahına şamil olur. Quranda 1 dəfə istifadə olunmuşdur.

 

15. Vəzər. “Ağırlıq” mənasını verir. Başqalarının günahını həml etməyə şamil olur. Vəzir isə o kəsdir ki, hökumətin ağır vəzifəsini boynuna götürər. Quranda 26 dəfə işlənmişdir.

 

16. Hins. “Batilə meyil etmək” mənasını verir. Əhdini pozmaq günahına şamil edilir. Quranda 2 dəfə işlənmişdir. 

Allah Təala bizləri günahın bütün növlərindən amanda saxlasın, inşəallah!/Deyerler.

Bənzər Olanlar