Paylaş
Facebook Twitter Google+

Nümunəvi qadınları Peyğəmbər (s) belə vəsf edir

Ramal Əmiraslanov

2018-01-14 08:20:04 279 Məqalələr

Allah Rəsulu (s) nüminəvi qadını xeyirli qadın adlandırıb.

İslaminSesi.info- Qadın və kişi ikisi birlikdə kiçik cəmiyyət olan ailənin təməlidirlər. Ailə bu iki təməl üzərində dayanır. Ailənin dağılmamsı, daimi olması üçün bu iki təməlin sarsılmaması, həmçinin bir- birinə möhkəm bağlanması lazımdır.

Təbii ki, bağlanma dedikdə fikirdən, davranışdan, səbrdən söhbət gedir. Bu ağır və məsuliyyətli işdə qadın və kişi olaraq hər iki tərəf eyni səviyyədə məsuldurlar. Lakin ailənin davamlı və nizamınlı olmasında ən çox yük qadının üzərinə düşür. İstər övlad tərbiyəsi olsun, istər ailənin bütün daxili işləri, bu kimi işlərin yükü adətən qadınların çiynində olur.Ailənin davamiyyəti daha çox qadının səyinə bağlıdır.


Allah Rəsulu (s) qadınların vəzifələrinin ağırlığına, ailə yükünün əsas hissəsinin onların üzərində olmasına işarə edərək bu vəzifənin öhdəsinədən gələbilən qadını xeyirli qadın adlandırıb və buyurub:


Sizin ən xeyirli qadınlarınız:

Övlad dünyaya gətirən,

Mehriban,

Örtülü,

İffətli,

Əri qarşısında itaətkar, qohumlar arasında başı uca,

Əri üçün bəzənən, başqalarından qorunan,

Həyat yoldaşını eşidən, ona tabe olan, istədiyini ona verən qadınlardır.

(Mən la yəhzur. Cild-2. Səh- 389) “Dünya bir əmttədir. Onun ən yaxşısı əməli saleh qadındır.” (Səhih Müslim)

 

Bənzər Olanlar