Paylaş
Facebook Twitter Google+

Həzrəti peyğəmbərin (s) bezar olduğu axirəzzaman valideynləri

Ramal Əmiraslanov

2018-02-07 09:29:41 1412 Məqalələr

“Mən övladlarının üzünə səadət qapılarını bağlayan, onların xoşbətliklərinə mane olan valideynlərdən bezaram.”

 

İslaminSesi.info- Övlad tərbiyəsi çox mühüm bir məsələdir. Təbiidir ki, bütün valideynlər övladlarının xeyirli bir övlad olmasını, onların üzünü ağ etməsini, gözəl həyat yaşamasını istəyir. Amma bu istək təklikdə kifayət etmir. Çünki övladın gələcək həyatının necə formalaşmasında valideynin rolunun əhəmiyyəti inkar olunmazdır.

 

Qurani Kərim övlad tərbiyəsində valideyni birbaşa məsul bilir və bu işin yeganə meyarını Allaha iman kimi təqdim edir. Çünki qeyd edəcəyimiz ayədə Allah Təala “ey iman edənlər” kimi müraciət edir. İman ümumi mənadadır. Çünki Allaha imanın içində qorxu (Allahdan), sevgi, əxlaq, elm, halal-haram, insan haqlarına riaət, böyüklərə ehtiram, kiçiklərə qayğı, vətənə sevgi, qeyrət, iffət, həya, namus, ailə, ata anaya ehtiram, böyuyə itaət və başqa saydıqca bitməyən bütün mənəvi və əxlaqi keyfiyyətlər vardır.

 

Qurani Kərimin insanlara bir neçə müraciət forması vardır ki, ayədə məhz ey iman gətirənlər deyə müraciət edir:

 

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim-66)

 

Allah Rəsulu da (s) övlad tərbiyəsində valideynin əvəzsiz roluna işarə edərək buyurub:

 

“Mən övladlarının üzünə səadət qapılarını bağlayan, onların xoşbətliklərinə mane olan valideynlərdən bezaram.”

 

Həçminin peyğəmbər buyurur:  “Vay olsun axirəzzaman valideynlərinə!”

Soruşurlar: Ey Allahın peyğəmbəri (s): Müşrik, kafir valideynlərdən?

Peyğəmbər (s) buyurdu: Xeyr! İnanan valideynlərdən. O valideynlər ki, Allahın vacib buyurduqlarından övladlarına heçnə öyrətmirlər. Hətta uşaqlar özləri bir şey öyrənəndə onlara mane olurlar. Onlar üçün keçici dünyanı düşünürlər. Mən onlardan, onlar da məndən uzaqdırlar.”

(Mustədrəkul-vəsail və Mustənbitul-məsail 15/164)

 

Dini mətnlərdə “axirəzzaman” kimi təqdim olunan zaman və vaxt fitnələrin qalxdığı, qətl və əxlaqsızlıqların zahirdə baş verəcəyi, mənəvi dəyərlərin ayaqlar altına atılacağı, iffət və həyanın qiymətsiz olacağı bir vaxtlara deyilir ki, bunların da əksəriyyəti bizim yaşadığımız zamanda müşahidə olunur. Belə bir zamanda milli mənəvi və dini dəyərləri qorumaqda, onları sağlam gələcək nəsillərə ötürməkdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideyn övladının sağlamlığı və təhsili barədə düşündüyü kimi onun mənəviyyatını, düzgün əqidəsini, əxlaqı dəyərlərə əhəmiyyət verməsini də düşünməkidir. Çünki mənəviyyat insanın yaradılış etibarı ilə bir parçasıdır. Bu dəyər olmadan insan insan deyil. Onun insanlığı onun mənəviyyatındadır. Bunun üçün övladın düzgün yetişməsinə diqqət edilməlidir.

 

Bu işdə ən ideal meyar və zülmətdən nura götürəcək ən parlaq “çıraq” Allahın kitabı və Əhli-beytin (Peyğəmbər və imam .ə) dəyərli hədisləridir./Yaşar Nuriyev

 

Bənzər Olanlar