Paylaş
Facebook Twitter Google+

Şeyx Bəhaidən zehnin düyünlərini açan dərin məzmunlu zikr

Ramal Əmiraslanov

2018-01-07 11:10:38 309 Məqalələr

Şeyx Bəhai öz kəramətləri ilə tanınan bir alimdir.

 

İslaminSesi.info- Qəməri tarixi ilə 953-cü ildə dünyaya gəlmiş, əsl adı Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan, qısa adı Şeyx Bəhauddin olan bu alim şəxsiyyət tarixdə həmçinin müctəhid, ədib, təfsirçi, riyyaziyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi də yadda qalıb.

 Şeyx müxtəlif elimlərin alimi kimi tanınmaqla bərabər, həmçinin arif və kəramət əhli kimi də tanınır. Şeyxin dövrümüzə qədər gəlib yetişmiş elə tarixi əsərləri vardır ki, onların sirri hələ də məmmalı qalır.

 

Şeyx Bəhai özünün “Təhzib” kitabında zehnin, təfəkkürün, yaddaşın gücləndirilməsi üçün belə bir dua qeydib:

 اللهم ارزقنی فهم النبيين  و حفظ المرسلين  و  الهام الملاءکهٔ المقربين. آمين. يا رب العالمين

 

Allahum-mərzuqni fəhmən-nəbiyyin və hifzəl-mursəlin və ilhaməl-məlaikətəl-muqərrəbin. Amin ya rəbbəl aləmin.

 

Allahım məni nəbiləri dərk etmək, göndərilmişləri hifz etmək (öyrənmək) və müqərrəb mələklərin ilhamı neməti ilə ruziləndir (nemətləndir). 

Qeyd edək ki, bu zikr dua olmaqla yanaşı həmçinin dinin 3 zəruri, əqidəvi məsələsini özündə əks etdirir: peyğəmbərlik, asimani xəbərlər və mələklər.|Yaşar Nuriyev

 

Bənzər Olanlar