Paylaş
Facebook Twitter Google+

Necə ola bilər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) Hz Peyğəmbərin (s) övladı olaraq tanıtdırılırlar?!

Ramal Əmiraslanov

2018-02-14 07:56:55 4731 Məqalələr

Əyyaşinin təfsirində Əbul-Əsvəddən nəql edilir ki, deyir: “Bir gün Həccac Peyğəmbər (s) nəslinin sevənlərindən olan Yəhya ibni Muəmmərin dalınca adam göndərir və o, gələn zaman sual verir: “Mən eşitmişəm ki, sən Həsənlə (ə) Hüseyni (ə) Peyğəmbərin (s) övladları hesab edirsən? Bu haqda Quran ayəsinə söykənirsən. Halbuki, mən Quranı əvvəldən axıra qədər oxumuşam və bu cür ayəyə rast gəlməmişəm”.

Yəhya onun cavabında deyir: “Ənam” surəsində bu ayəyə rast gəlmisənmi ki, deyir: “Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik.

(Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq. Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər”. (“Ənam” 84-85).

Deyir: “Bəli oxumuşam”. Yəha deyir: “Məgər bu ayədə İsa (ə) İbrahimin (ə) övladı hesab olunmamışdır? Halbuki, ata tərəfdən ona çatmırdı?”./deyerler 

Bənzər Olanlar