Paylaş
Facebook Twitter Google+

İmam Sadiqin (ə) verdiyi 2 sadə nəsihət bu insanı dövlətli etdi?!

Ramal Əmiraslanov

2018-09-16 20:45:58 3795 Məqalələr

Əbdürrəhman ibni Siyabə nəql edir: “Atam vəfat edən zaman dostlarından biri bizim evə gəldi və soruşdu ki, atan sənin üçün irs qoyubdurmu? Mən də cavab verdim ki, yox.

O, cibindən bir kisə çıxartdı ki, içərisində min dirhəm var idi. Mən də həmin pulla parça aldım və onun satışı ilə məşğul olmağa başladım. İşim yaxşı gedirdi və həcc ziyarəti üçün pul yığdım.

 

Səfərə hazırlaşan zaman anam mənə dedi ki, oğlum səfərə getməzdən əvvəl həmin şəxsin, yəni atamın dostunun borcunu qaytar, sonra get.

Mən də o cür etdim. Həmin şəxsin mənə verdiyi məbləği geri qaytardım. O, çox sevindi, sanki mən öz pulumu ona verirdim. Mənə dedi ki, axı niyə tərəsirdin? Dedim ki, həccə gedirəm və istəmirəm ki, kiminsə pulu mənim boynumda qalsın.

 

Məkkəyə yollandım və ziyarəti yerinə yetirəndən sonra Mədinəyə getdim. Həzrət İmam Sadiqin (ə) xidmətində oldum. Həmin gün İmamın (ə) evində çox insan var idi və bir kənarda əyləşib gözlədim. Otaq xəlvət olan zaman İmam (ə) üzünü mənə çevirib buyurdu: “Mənimlə işin vardır?”

 

Dedim: “Mən Əbdülrəhman Siyabəyəm”.  Həzrət (ə) məndən soruşdu: “Atan nə iş görür?”. 

Dedim: “O, dünyadan getmişdir”. İmam (ə) çox narahat oldu. Atama rəhmət oxudu və ona görə dua etdi.

 Məndən soruşdu: “Atan sənə irs qoyubdurmu?”. Dedim: “Xeyr”.  Soruşdu: “Bəs Məkkəyə necə gəlmisən?”.

 

Mən atamın dostunun mənə etdiyi yaxşılığı danışdım və hələ sözüm bitməmişdi ki, buyurdu: “O şəxsin min dirhəm əmanətini nə etdin?”.  Dedim: “Qaytardım”.  İmam (ə) sevincli halda buyurdu: “Əhsən sənə. Sənə nəsihət verimmi?”.

Dedim: “Buyurun”.  İmam (ə) buyurdu: “Düz danış və əmanətə vəfa et ki, bu zaman insanların malına şərik olarsan”. 

Mən İmamın (ə) bu nəsihətinə qulaq verdim və qısa zamanda maddi vəziyyətim elə yaxşılaşdı ki, hər il üç min dirhəm zəkat verirdim”.  Allah Təala bizləri əmanətə sadiq olanlardan qərar versin./Deyerler.

Bənzər Olanlar