Paylaş
Facebook Twitter Google+

İnsanlara rəhbərlik etmək nə üçündür? İmam Xomeyninin (r) izahı

Ramal Əmiraslanov

2018-08-19 11:33:11 3113 Məqalələr

Abdullah ibni Abbas nəql edir: “Ziqar, Cəməl döyüşündən sonra İmam Əlinin (ə) yanına gedir və o Həzrəti (ə) ayaqqabısına yamaq vuran yerdə görür. Həzrət Əli (ə) Ziqara buyurur: “Bu ayaqqabının dəyəri nə qədər olar?”. Ziqəm deyir: “Heç bir dəyəri yoxdur”.

Həzrət (ə) buyurur: “Allaha and olsun ki, bu dəyərsiz ayaqqabı mənim üçün sizə hökumət etməkdən daha sevimlidir””.

İmamın (ə) bu dəyərli sözlərindən belə nəticə çıxartmaq olar ki, insanlara rəhbərlik etməyin heç bir dəyəri yoxdur. Yəni ali bir məqam deyildir. İmam (ə) üçün bu, sadəcə haqqı bərpa edib, batili aradan qaldırmaq vasitəsidir.

Rəhmətlik İmam (r) bu barədə buyurur: “Hökuməti öhdənə götürmək – öz-özlüyündə şən və məqam deyildir. Əslində əhkamı vəzifəni icra etmək və ədalətli İslam dövləti bərqərar etmək üçün vasitədir”.

Dahi və İlahi insanlar rəhbərlik etməyi dəyərsiz hesab edib, onun heç bir məqam olmadığını dəfələrlə vurğulamışdılar. Onlar üçün hökumət ancaq Allahın qoyduğu qanunları bərqərar edib, ədaləti bərpa etmək üçün vasitə olmuşdur. O, səbəbdən Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Əgər hüccət mənə tamam olmasaydı və bu işə vacib buyurulmasaydım, onu boş buraxardım”. (Tebyan)

Ona görə deyə bilərik ki, hökumət etmək – İmam Əlinin (ə) nəzərinə görə daha ali, mənəvi məqamlara çatmaq üçün bir vasitədir. Halbuki, başqa məqam və dövlət arzusunda olan insanlar üçün bu, elə hədəfin özüdür.

Həzrət Əlinin (ə) yolunu gedənlər üçün rəhbərlik – ədaləti, qanun-qaydanı, əmin-amanlığı, rifah və əxlaqı bərqərar etmək üçün bir vasitədir./Deyerler.

Bənzər Olanlar