Paylaş
Facebook Twitter Google+

Mal və ömrün bərəkətli olması üçün nə etməli? – İmam Əlinin (ə) tövsiyələri

Ramal Əmiraslanov

2018-12-04 12:33:23 490 Məqalələr
  • Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:

    - Malın bərəkəti – zəkat verməklədir.
    - Ömrün bərəkəti – yaxşı iş görməkdədir.
    - Süfrəyə çoxlu əllərin daxil olması – bərəkətdir.
    - Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.

    - İnsanın təvazökarlığı – onun kərəmindədir.
    - İnsanın gözəlliyi – mülayimliyindədir.
    - Sözün gözəlliyi – qısa və ixtisarlı olmasındadır.
    - Gözəl yoldaş – qənimətdir.

    - Hədis nəql etmək, Peyğəmbərə (s) nisbət əldə etməyə səbəb olar.
    - Elmin eybi – təkəbbürdədir.
    - Qəlbin şəfası – Quran oxumaqdadır.
    - Dinin silahı – təqvadır, fəsadı – tamahdır.

    Qəlbin aydınlığı – halal yeməklədir.
    - Allaha itaət – qənimətdir.
    - Hərislik, hərisin qatilidir.
    - Üzün təravəti – düz danışmaqdadır./Deyerler.

Bənzər Olanlar