Paylaş
Facebook Twitter Google+

Duanın keyfiyyətini artırmaq üçün 5 addım

Ramal Əmiraslanov

2018-05-12 20:20:00 1146 Məqalələr

Allah Təala dua etməyin keyfiyyətini Qurani-Kərimin vasitəsilə bizlərə öyrətmişdir.

 

1. Dua gərək Allaha həmd və mədh ilə başlasın. “(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»”. (“Ğafir” 7).

 

2. Dua etməzdən əvvəl duanı salavatla zinətləndirmək lazımdır. Yəni, həm Allaha, həm Peyğəmbərə (s) və həm də pak əhlinə salam verərək, duaya başlamaq lazımdır. Duanın ortasında və sonunda da salavat deyilməsi – tövsiyə olunan əməllərdəndir.

 

3. Qəlbi və ruhu günahın çirkinliyindən təmizləmək lazımdır. Ona görə də dua edən zaman günahları etiraf edib onlara görə tövbə etmək lazımdır.

 

4. Sonra hacəti dilə gətirib, Allaha yalvarmaq və hətta ağlamaq lazımdırki, Allah dua edənə nəzər salsın.

 

5. Duanın sonunda isə Allahın sifətlərindən birinə təvəssül edib, duanı bitirmək lazımdır. Misal üçün demək olar ki, “Birəhmətikə, ya Ərhəmər-Rahimin!”. (Tebyan)

 

Dua – möminin silahıdır. Ondan istifadə etməyin yollarını bilmək lazımdır ki, ondan daha çox bəhrələnə bilək./Deyerler.

 

Bənzər Olanlar