Hz Əli (ə) kəlamında ibadətlərin mahiyyətinin həqiqəti | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Hz Əli (ə) kəlamında ibadətlərin mahiyyətinin həqiqəti

Ramal Əmiraslanov

2018-01-03 10:32:35 3016 Məqalələr

Hər kəs Allahı müxtəlif şəkildə dərk edir və özündə bu dərkdən yaranan müxtəlif növ itaət formalaşdırır.
İslaminSesi.info- Hər kəs Allahı müxtəlif şəkildə dərk edir və özündə bu dərkdən yaranan müxtəlif növ itaət formalaşdırır. Yəni onda yaranan itaətə meyillilik müxtəlif səviyyədə olur.

Hz. Əli (ə) münacatlarının birində insanda formalaşan itaətin növlərinə işarə edərək buyurur:

“ İlahi mənim ibadətlərim nə cəhənnəm qorxusundan, nə də cənnət sevdasından deyil. Mən səni ibadətə, pərəstişə laiq bildiyim üçün ibadət edirəm.

İmam (ə) bu kiçik həcmli cümlədə bütün ibadətin mahiyyət və fəlsəfəsini açıqlayır. Buna bənzər digər bir hədisində qorxu və savab niyyəti ilə olan ibadətləri məqbul hesab edir. Lakin bunları naqis bilir. İbadətin həqiqətini özünü unudub, sırf Allahı ibadətə laiq bilərək itaət etməkdə görür.

Ustad və alimlər bu ali düşüncəni izah etmək üçün bir bir neçə bənzətmə qeyd ediblər. Məsələn maşınla yol gedən sürücü heç bir maşın olmayan, yalnız özü olan yolda sağa dönmək istəyir. O dönərkək dönmə işığını yandırır. Halbuki yolda ondan başqa heç bir maşın yoxdur. Bu əməl həmin sürücünün böyük yol mədəniyyətinin olmasından, qanunlara qarşı olan ehtiramından irəli gəlir.

Yaxud Ayətullah Müctəhidi Tehranı bu növ ali niyyətli ibadəti sürücünün qırmızı işıqda dayanmasına bənzədir. Ustad buyurur: “Hər kəs qırmızı işıqda dayanır. Amma iki növ dayanmaq var. Biri cərimə olmaqdan, qınq olunmaqdan çəkidiyi üçün dayanır. Digəri isə qanunlara ehtiram və sayğı olaraq dayanır. (Bunu öznə borc bilir). Bu mühüm məsələdir”.

Hz. Əlinin (ə), həmçinin ustadların diqqət çəkmək istədikləri mətləb insanın diqqətinin Allaha yönəlməsidir. İnsan yalnız bu diqqətlə düzgün itaətə və ilahi mərifətə (Allahı tanıma) nail olar./Yaşar Nuriyev

 

Bənzər Olanlar