Paylaş
Facebook Twitter Google+

İmam Hüseynə (ə) nisbət verilən "Üzərində borcu olan mənimlə birgə döyüşə qatılmasın" hədisi yalanıdırmı?!

Ramal Əmiraslanov

2020-03-21 07:19:16 382 Məqalələr

Imam Hüseynə (ə) nisbət verilən qondar hədisin araşdırılması !! 

Yəni İmam Hüseyn (ə) buyurmamışdır ki:  "Üzərində borcu olan mənimlə birgə döyüşə qatılmasın" لا یُقاتل معی، مَن علیه دَین Minbərlərdə bəh-bəhlə İmam Hüseynə (ə) nisbət verilən bu hədis qondarmadır. Bu hədisi ilk dəfə əhli-sünnə alimi İbn Səd (vf. 230 hq) "ət-Təbəqat" kitabında rəvayət edib. Digər tərəfdən isə heç bir qədim Şiə qaynağında, hətta sonrakı dövr hədis qaynaqlarında da bu hədisdən xəbər yoxdur.

Hədisin həm sənədi zəif və kəsikdir, həm də mətni İslami prinsiplərə ziddir. Çünki İslamın özünü qorumaq borc ödəməkdən daha əhəmiyyətlidir. Bir yerdəki məsum imam (ə) özünü, əhli-əyalını qurban verir, sənin öz borcunu fikirləşməyin nə qədər doğru olardı? Bundan əlavə borcu ödəmək üçün İslamda "vəsiyyət" kimi bir hökm də var. Necə ki, Müslim ibn Əqil ömrünün son anlarında üzərində olan borcun ödənilməsini vəsiyyət etdi. Bu hədis qondarmadır Belə bir iş (borcu olan cihada qatılmasın) nə Peyğəmbərin (s), nə İmam Əlinin (ə) və nə də İmam Həsənin (ə) sünnə və sirəsində görünməyib. İmam Hüseyn (ə) Mədinədən Kərəbəlaya qədər özünə yaru-ənsar dəvət edərkən heç bir yerdə belə bir şərti vurğulamayıb. Hətta İmam Hüseyn (ə) yolda Zəhhak bin Abdullahı cihada dəvət edərkən o "borcum və ailəm" var kimi bəhanə gətirdi.

İmam (ə) ona demədi borcun varsa, get, cihad sənin üzərindən götürüldü. Ona dedi ki, gəlmirsənsə, məndən mənim səsimi eşitməyəcək qədər uzaqlaş. Bundan əlavə "borcum var" prinsipi ilə məsələlərə yanaşsaq, onda gərək heç bir mübarizəyə qatılmayaq. Belə halda İslamın ilk əsrlərində və sonrakı dövrlərdə düşmənlərlə döyüş meydanları mücahidlərdən boş qalmazdımı? Çünki fəqir və kasıb yaşayan müsəlmanlar arasında neçə nəfər borcuz var idi ki?! Bu məsələləri nəzərə alsaq hədisi namaz qılmağa belə tənbəllik edən sufilər (Süfayn Suri) qondarıblar. Araşdırdı: Mirməhəmməd Bəşir

 

 

 

Bənzər Olanlar