Paylaş
Facebook Twitter Google+

İmam Hüseynin (ə) ziyarətinin misilsiz fəzilətləri haqda məsumlardan hədis?!

Ramal Əmiraslanov

2019-11-02 08:14:52 1854 Məqalələr

İmam Sadiq (ə) İmam Hüseynin (ə) ziyarətinin fəzilətlərini bəyan etmişdir ki, onlara nəzər salaq.  

İmam Sadiq (ə), Hüseyn adlı bir nəfərə buyurur: “Ey Hüseyn! O kəs ki, evindən bayıra çıxar və niyyəti İmam Hüseyni (ə) ziyarət etmək olarsa, əgər piyada getsə Mənnan Allah atdığı hər addıma görə ona bir həsənə yazar, bir günahını məhv edər o zamana qədər ki, hərəmə çatar.

 

O şərif məkana çatandan sonra Allah Təala onu təqvalılardan qərar verər. O zaman ki, ziyarətin əməlləri sona çatar, bu zaman onu faizinlərdən hesab edər. O zaman ki, qayıtmağı iradə edər, bu zaman mələk onun yanına gələr və deyər: “Allahın Rəsulu (s) sənə salam söyləyir və buyurur: “Əməllərini başdan başla! Bütün keçmiş günahların bağışlanmışdır”””.

 

Bəşir Dəhhan nəql edir: “İmam Sadiq (ə) buyurmuşdur: “O kəs ki, Həzrət İmam Hüseynin (ə) ziyarətinə gedər, ailəsindən ayrıldığı zamandan ilk atdığı addıma qədər olan vaxtda bütün günahları bağışlanar. Sonra atdığı hər addıma görə təriflənər o zamana qədər ki, qəbrə çatar. O zaman ki, ora çatar, Allah Təala onu çağırar və onunla münacat edib, deyər:

“Mənim bəndəm! Məndən istə ki, sənə əta edim.

Məni çağır ki, yerinə yetirim.

Məndən tələb et ki, sənə verim.

Mənə hacətini söylə ki, rəva edim”””.

 

Əli ibni Məymun nəql edir: “İmam Sadiq (ə) buyurmuşdur: “Ey Əli! Hüseynin (ə) qəbrini ziyarət et və tərk etmə”.

Həmin şəxs soruşur: “O Həzrəti (ə) ziyarət edən kəsin savabı nədir?”.

 

Həzrət (ə) buyurur: “Hər kim piyada halda ziyarət edər – Allah atdığı hər addıma görə onun üçün bir həsənə yazar və bir günahını bağışlayar. Onu bir dərəcə yüksəldər.

O zaman ki, ziyarətə çatar, Allah Təala iki mələyi ona hakim edər ki, ağzından çıxan hər bir xeyir sözü yazsınlar və şər sözləri yazmasınlar.

O zaman ki, qayıdar, onunla vidalaşar və ona deyərlər: “Ey Allahın bəndəsi! Günahların bağışlandı və sən Allahın ordusundan, Peyğəmbərin (s) ordusundan və Əhli-Beytin (ə) ordusundan hesab olunursan. Allah heç bir zaman gözlərini cəhənnəm atəşinə açmaz”.  Atəş də onu heç bir zaman görməyəcəkdir”. /Deyerler.

Bənzər Olanlar