Ayətullah Behcətdən (r) ailə ilə bağlı dəyərli tövsiyə | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Ayətullah Behcətdən (r) ailə ilə bağlı dəyərli tövsiyə

Ramal Əmiraslanov

2018-01-31 07:20:44 3604 Məqalələr

“De: Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!” (Zümər-15)

 

İslaminSesi.info- İnsanın layiqli bir fərd kimi formalaşmasında ailənin qolu əvəzsizdir. Ailənin möhkəm və daimi olması da valideynlərdən və onların qarşılıqlı münasibətindən çox aslıdır. Ola bilsin ailə davamlı olsun, lakin o ailədə səfa, səmimiyyət olmasın. Bu da bəyənilməzdir və bunun mənfi təsirləri ən çox övladlara təsir edir.

 

Həm Quran ayələrində, həm də hədislərdə ailə və ictimai mövzulara çox yer ayrılmış, xüsusən bu işdə kişilər daha məsul tutulmuşdur. Quran buyurur:

 

“De: Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!” (Zümər-15)

 

Qurana əsasən ailə başcısı ailənin geyim, ərzaq, dolanışıq işlərinə məsul olduğu kimi, onun əxlaqi, mənəvi, dini dəyər və düşüncələrinə də məsuldur. Hər bir ailə başcısı öz ailəsini Allah və peyğəmbərin (s) dini çərçivəsində tərbiyə etməlidir. Öz əxlaq meyarlarını Allahın Kitabından almalıdır.

 

Ailənin səmimiyyət və səfası barəsində İslamın böyük şəxsiyyətləri də öz dəyərli tövsiyələrini vermişlər. Ayətullah Behcət (r) ailə səfa və səmimiyyətində valideynləri diqqətli olmağa çağıraraq buyurur:

 

“Əgər ailədə səfa, səmimiyyət, istilik istəyiriksə, gərək səbr, dözümlülük, göz yummaq, inciməmək kimi keyfiyyətləri özümüzə sərmayə edək. Bunlarla ailənin isti mühitini qoruyaq. Belə olmazsa qarşıdurma və çəkişmə irəli gələr. Ailənin də bütün ixtilafları məhz belə qarşıdurmalardan nəşət tapır” (Ayətullah Behcət)| Yaşar Nuriyev

Bənzər Olanlar