Paylaş
Facebook Twitter Google+

Mirzə Cavad Məliki Təbrizi və Molla Hüseynqulu Həmədanidən əməli göstərişlər

Ramal Əmiraslanov

2018-01-07 10:35:29 1911 Məqalələr

Əxlaq ustadlarının nəfsin paklaşdırılması və əxlaqi keyfiyyətlərə yiyələnmə mövzusunda tələbələrinə təqdim etdiyi göstərişlərə “Dəsturuləməl” deyilir.

Mərhum Mirzə Cavad Məliki özündən sonra insanı kamal və böyük mənəvi dəyərlərə çatdıracaq bir sıra əxlaqi göstərişlər yadigar qoymuşdur. Onlardan ən önəmlisini nəzərinizə çatdırırıq:

Nəfsi tanımaq: Nəfsin tanınması islah və tərbiyə üçün gözəl bir yol və ilk addımdır. Bu iş üçün də ağıl aləminə varmaq lazımdır. İnsan bu aləmə çatmasa və bu aləmdən sonrakı aləmə keçməsə, nəfsini tanıya bilməz. Bu mərifətə nail olmaq üçün mərhum Molla Hüseynqulu Həmədani belə deyir:

“İnsan yemək, içmək və istirahətini azaltmalıdır. Heyvani duyğularını azaldıb ruhani duyğularını çoxaltmalıdır.”

Yeməyin miqdarı haqqında da belə deyir: “Gündə iki dəfə yeməli, hər dəfə də doyunca yeməməlidir. Çoxlu ət yeməkdən çəkinməli və gündəlik yuxusunu altı saata endirməlidir. Dilinə yiyəlik etməli və ömrünü qəflətdə keçirməməlidir.”/Ahliman.info

ÖNCƏKİ YAZI

Bənzər Olanlar