Çətinliklər qarşısında səbrin Allah qatında inanılmaz mükafatı | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Çətinliklər qarşısında səbrin Allah qatında inanılmaz mükafatı

Ramal Əmiraslanov

2018-01-14 07:58:15 3205 Məqalələr

Səbr etmək heç də acizlik edib, heç bir şey etmək deyildir.

 

İslaminSesi.info- İnsanın ağıl və ixtiyar sahibi olması inkar olunmaz bir həqiqətdir. Bu həqiqət həm dini mətnlərdə öz əksini tapır, həm də təcrübələr bunu göstərir. Heç bir dini mənbə bunu inkar etmir. Lakin bunu da unutmaq olmaz ki, bütün aləmin bir nəzarətçisi, işlərin bir tədbir tökəni vardır. İnsan nə qədər güc və ixtiyar sahibi olsa belə, öz gücündə və iradəsində tək olan Allaha möhtacdır. Bu bir növ möhtaclıqdır ki, “insanın varlığı Allahdandır” kimi ifadə olunur. Yəni insan hansı səviyyədə müstəqil bir varlıq olmasından aslı olmayaraq varlığı Allahın “əlindədir”.

 

İnsanın işləri də bu cürdür. O öz işlərində müstəqil iradə sahibi olsa da belə Allah Təalanın izni və yardımı olmazsa  nə iradə edib istəyə bilməz, nə də bir iş görə bilməz. Bunu bir növ “aslılığ, bağlılığ” kimi ifadə edirlər. Quranda Səcdə surəsinin 5-ci ayəsi bu mətləbə belə işarə edir:

 

“O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr.”

 

Bu ayə bir növ səbrin mahiyyətini açıqlayır. İşin icraçısı insan olsa belə, işə nəzarət edənin, idarə edənin Allah olduğu bildirilir. İnsanın bir işi icra etmək üçün gücü, hətta öz var olmasını belə Allahdan alır.

 

Səbr etmək heç də acız olub, çətinlik qarşısında məğlub olub, heç bir şey etmədən bu “məğlubiyyəti” qəbul etmək demək deyil. Əksinə bacardığını etmək, nəticəni “göydən yerə qədər olan bütün işləri idarə edənə” tapşırmaqdır. Hadisələr müqabilində “göydən yerə qədər olan bütün işləri idarə edənə” üsyan etməməkdir.

 

İmam Səccad (ə) bu cür gözəl səbrə nail olanlara inanılmaz müjdə, mükafat olduğunu vəd edir:

“Allahın onun barəsindəki çətinlik müqəddəratına razı olmağ ali dərəcəli iman və yəqindən hasil olur” – Yəni səbr ali dərəcəli iman istəyir, həmçinin ardınca ali dərəcəli riza və iman vəd edir.

 

Yaxud Allah Rəsulu (s) buyurur: Xəstə möminin ah-naləsi təsbihdir (zikr), onun fəryadı (səsi) La ilahə illəllahdır, onun düşüb yatması ibadətdir” (Bihar 77. Hədis-57). (İnsan həkimə getməlidir. Lakin unutmamalıdr həkimin də canı Allahın əlidədir).

 

Bəli səbri dərk edib, gözəl şəkildə səbr edənlərə hədslərdə qeyd olunan və daha ali dərəcəli mükafatlar vardır./Yaşar Nuriyev

Bənzər Olanlar