Paylaş
Facebook Twitter Google+

Şiə vali və Murdux arasında münazirə

Ramal Əmiraslanov

2018-02-20 19:28:25 3306 Məqalələr

Kermanşahın (ya Sənəndəc) əhli-sünnə yaşayan şəhərlərinin birinə şiə vali təyin edilmişdi. Həmin şəhərdə Murdux adlı sünnü alimi yaşayırdı. Qədir-Xum bayramı günlərinin birində şəhərdə bayram şənliyi təşkil edilir. Həm vali, həm də Murdux bu mərasimdə iştirak edirdi. Məddahlar və şairlər məclisdə şeir oxuyurdular.

 

Məddahlardan biri İmam Əlinin (ə) fəzilətləri haqqında şeir oxudu və bu yerə çatdı: “Müharibələrin birində həzrət Əlinin ayağına ox batmışdı. Ağrının şiddətindən oxu çıxartmaq mümkün deyildi. Bu məsələni İmam Həsənə (ə) dedikdə, həzrət buyurdu: Gözləyin, namaz qıldığı vaxt oxu ayağından çıxarın. Namaz vaxtı ağrını hiss etməyəcək.”


Bu vaxt Murdux valiyə üz tutub deyir: - Bu sözlər xürafatdır. Bir kəsin öz bədəninin ağrısını hiss etməməsi mümkün deyil. 
Vali deyir ki, onun bu sözündən narahat oldum. Çünki mən dini dərs oxumamışdım və bu sahədə alim deyildim. O, bu iradı mənə yox, din aliminə bildirməli idi. Birdən bir fikir zehnimə gəldi. Ondan soruşdum: - Qurana inanırsan? Quran, həzrət Yusifin (ə) əhvalatını danışdıqda buyurur ki, Misir qadınları Yusifin (ə) camalını gördükdə əllərini kəsdilər və bunu hiss etmədilər. Bunu qəbul edirsənmi? Həzrət Əli (ə) də namazda Allahın camalını görür və Allahın camalı Yusifin camalından yüksəkdir. 
Murdux bunu eşitdikdə, ağzına daş dəymiş adamlar kimi susdu. Başını aşağı saldı və daha dinmədi. Məddah şeirini qurtaran kimi Murdux məclisdən çıxdı.

Ayətullah əl-üzma Behcət bu əhvalatı dəfələrlə danışardı və bunu danışmaqda əsas məqsədi o idi ki, namazda Allahın camalı onun əhli üçün görünür.

Mürtəzəviniya, Məhəmmədbaqir,“Örnəklər və ibrətlər”, səh. 62/nur-az
 
 

Bənzər Olanlar