Paylaş
Facebook Twitter Google+

Hz Əli (ə) qadınlara hansı üç xislətə daha çox əhəmiyyətli yanaşmalarını tövsiyə edib....

Ramal Əmiraslanov

2018-01-03 10:28:39 3876 Məqalələr

Qadın və kişi fərq etmədən hər ikisi insanlığı tərənnüm edir.
İslaminSesi.info- İnsan dedikdə qadın yaxud kişi olması fərq etmədən zehinə təkçə insan məfhumu gəlir. Çünki məfhum və məna baxımından fərq etmədən hər ikisi insanlığı tərənnüm edir. Aralarındakı yeganə fərq Allah Təalanın onlar üçün təyin etdiyi xilqətləri və vəzifələridir.

Bəli qadın və kişi arasında fərqin önəmli nöqtəsi vəzifələrinin fərqli olmasıdır. Xüsusən də Allah Təalanın təyin etdiyi vəzifə və tələblər. İstər dünyəvi olsun, istərsə də şərii vəzifə və tələblər olsun, qadınların vəzifələri və onlardan istənilən tələblər daha ağır və məsuliyyətlidir. Çünki qadın cəmiyyətdə həm özünü, həm də ailəsinin heysiyyətini qorumalıdır. Həmçinin övladlarının gələcək taleyi, cəmiyyətdəki yeri, ləyaqəti və nüfüzu anaların diqqətində və səyindədir.

Hz. Əli (ə) bu mətləbə işarə deərək hər bir qadında olması vacib olan 3 mətləbə toxunur. Bu 3 mətləb demək olarki, qadını bütün içtimai fəaliyyətini özündə əks etdirir. Bu 3 mətləb demək olar ki, bütün qalan detalları öz içinə qlır. İmam (ə) buyurur:

Qadına məxsus ən yaxşı 3 xislət bunlardır:
Təkəbbür
Qorxmaq
Paxıllığ (Nəhcul-bəlağə. 243-ci hikmət)

Təkəbbür- dini mətnlərdə daima pislənən xislətdir. Lakin qadın üçün cəmiyyətdə bəyənilir. Qadını cəmiyyətdə gülərüz, xoşrəftar olmaqdan, kənar şəxslərin onunla ünsiyət qurmasından qoruyur. Bu xislət qadın üçün sipər rolunu oynayır. Bu xislət yalnız ailə daxilində qadın üçün nöqsandır.

Qorxmaqlıq- bu xislət insanın diqqətini özünə, öz mənəvi və əxlaqi keyfiyyətlərinə yönəldir. Qadına həyanın və ədəbin əhəmiyyətini öyrədir. Öz həya və heysiyyəti üçün qorxan qadın bu hisslə yüksək həya və heysiyyət əldə edir. Öz həyası üçün qorxmayan insan daha nədən qorxsun?

Paxıllığ- da həmçinin rəzil sifətlərdəndir. Amma bəzən qadınlar üçün bəyənilir. Axi qadın evin dirəyidir deyiblər. Bu mənadaki, evin bütün məişət işləri qadının ixtiyarındadır. Evdəki sabitliyə və nizam intizama o məsuldur. Paxıllığ, yəni yığıcılıq və qənaətkarlıq qadın üçün bir fəzilətdir. Çünki bu işi ilə o həm ailənin sərvətini, həm də qürurunu qoruyur.

 

Bənzər Olanlar