Hər namazdan sonra “Ayətəl-kürsi” oxumağın xeyir bərəkəti. | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Hər namazdan sonra “Ayətəl-kürsi” oxumağın xeyir bərəkəti.

Ramal Əmiraslanov

2018-03-13 04:10:23 2677 Məqalələr

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. (Bəqərə-255)

 

İslaminSesi.info - Hər bir Allah kəlamı böyük müsbət təsirə və gücə malikdir. Zikr olunan hər bir ayə özünə məxsus mənaya və batini təsir gücünə malikdir ki, isanda təsir qoyur. Həmçinin hədislər də hər hansı xəstəlik və çətinlik vaxtı tövsiyyə olunan ayələrin müxtəlifliyi, hər bir ayənin özünə məxsus batininin və mənəvi təsirinin olmasını təsdiqləyir.

 

Quranda “Ayətul-Kursi” kimi məşhur olan Bəqərə surəsinin 255ci ayəsi də oxunması çox tövsiyə olunan ayələrdəndir. Hədislərdə bu ayənin əzəməti və oxunuşunun xeyir bərəkəti haqqında həddən artıq çox hikmətli kəlmələr deyilib.  Hətta bu ayə Quranın “tacı” kimi də vəsf edilib.

 

Həzrət peyğəmbər (s) hər namazdan sonra bu ayənin oxunmasını tövsiyə edərək buyurub:

 “Hər kim vacib namazından sonra ayətəl-kürsini oxusa namazı qəbul olar.”

(مصابیح الدجى، ص 1029)

 

İmam Kazım (ə) buyurub: “Hər kim vacibi namazlarından sonra ayətəl-kürsi oxusa ona heç bir zəhərli canlı ziyan verə bilməz.”  (مصابیح الدجى، ص 1011)

 

Peyğəmbər (s) buyurub: “Hər kəs namazdan sonra ayətəl-kürsi oxusa onun cənnətə getməyinə heç nə mane olmaz.” ( مستدرك الوسائل، ج 1، ص 343)

 

İmam Baqir (ə) buyurub: “Ayətəl-kürsini bir dəfə oxuyan adamın bu dünyadakı min dərdi və axirətdəki min çətinliyi aradan qalxar. Bu dünyadakı dərdlərin ən yüngülü – kasıblıq, axirətdəki çətinliklərin ən yüngülü isə qəbir əzabıdır.”

 

Həmçinin İmam Hüseyndən (ə) nəql olunmuş Peyğəmbər (s) hədisində buyurulur: “Allah Rəsulu (s) buyurub: Hər kim Bəqərə surəsinin əvvəl 4 ayəsini, Ayətəl- kürsi və ondan sonraki iki ayəni və Bəqərə surəsinin axır 3 ayəsini oxusa özünə və malına zərər gəlməz, Şeytan ona yaxın gəlməz və Quranı unutmaz.”

(Bihar. C- 89. Səh-265)

 

İmam Rza (ə) buyurub: Hər kəs yatmazdan öncə ayətəl-kürsi oxuyarsa “fəlc” xəstəliyinə yaxalanmaz inşəallah. Həmçinin bu ayəni hər namazdan sonra zikr etsə heçbir zəhərli heyvan ona toxunmaz, zərər yetirməz.”

(Səvabul-əmal)/Yaşar Nuriyev

 

Bənzər Olanlar