Paylaş
Facebook Twitter Google+

Hacəti olan, bu surəni xüsusi qayda ilə oxusun!

Ramal Əmiraslanov

2018-10-16 07:55:43 1442 Məqalələr

Din alimlərinin nəzərinə görə, hacətlərin yerinə yetməsi üçün “Vaqiə” surəsinin xüsusi yolla oxunmasının çox böyük təsiri vardır. Belə ki, Məsumların (ə) tövsiyə etdiyinə görə, bu surənin xətm olunduğu gün – Qəməri ayının ilk günü ki, bazar ertəsinə təsadüf edir, o gündə xətm olunmalıdır.

Bu surə 14 gün oxunulur. Oxumaq qaydası belədir ki, birinci gün hacətini tutub, bu surəni bir dəfə oxuyursan. İkinci gün isə iki dəfə, üçüncü gün üç dəfə oxuyursan. Beləliklə 14-cü gün bu surəni 14 dəfə oxuyursan. Bu surələr gün ərzində oxuna bilər.

Bu surənin oxunmasının bir çox fəziləti vardır ki, onlarla tanış olaq:

1. Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim “Vaqiə” surəsini oxuyarsa, gecə ona pərişanlıq yetişməz.

2. İmam Sadiq (ə) buyurur: “Hər kim yatmazdan əvvəl “Vaqiə” surəsini oxuyarsa, Allahla o halda görüşər ki, üzü ay kimi olar”.

3. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim behiştə muştaq olar – “Vaqiə” surəsini oxusun”.

4. Bu surəni oxumaq ruzinin artmasına səbəb olar./Deyerler.  

 

Bənzər Olanlar