Paylaş
Facebook Twitter Google+

Niyə qadınlarla kişilərin hicabı fərqlidir?

Ramal Əmiraslanov

2019-12-03 12:07:50 1827 Məqalələr

Qadınla kişinin ruhi və cismi üzərində aparılan tədqiqatlar göstərmişdir ki, kişilərin görmə qabiliyyəti qadınlara nisbətdə hərəkət edən varlıqlara görə daha həssasdır.

Belə ki, kişi qadına baxan zaman daha tez həssaslıq təzahür edər. Ancaq qadınlarda belə deyildir.

Müqəddəs İslam dini də bunu nəzərə alaraq, öz nurani əhkamlarını nazil etmişdir.

Kişilərə göstəriş vermişdir ki, onları təhrik edən baxışlardan özlərini qorusunlar və gözlərini kontrol altına alsınlar.

İmam Rza (ə) buyurur: “Allah, qadınların saçlarına baxmağı haram buyurmuşdur. Çünki kişilərin şəhvətli baxışları fəsada səbəb olar”.

Kişilərin hicabı qadınlardan ona görə fərqlənir ki, Allah gözəllik və cazibəni qadının cismində qərar vermişdir. Lakin kişilər o qədər də gözəl və cazibəli olmurlar. Ona görə də Allah qadınların gözəlliyini qorumaq üçün onlara daha çox örtünməyi əmr etmişdir.
 
Əgər diqqət etsək, görərik ki, ədəbiyyatda olanların əksər hissəsi: qəsidələr, şeirlər, hekayələr, romanlar qadının gözəlliyindən bəhs edir. Ancaq heç bir şair kişi gözəlliyindən danışmamışdır. (Həvzəh)

Ona görə də qadınlar belə hesab etməsin ki, Allah onlar ilə kişilər arasında ayrı-seçkilik qoyur. Xeyr, belə deyildir. Sadəcə olaraq, Allah qadın  və kişinin cismi və ruhi xüsusiyyətlərini nəzərə alaraq, onların üzərinə vəzifələr qoymuşdur. Axı Allah adil və alimdir. Heç kəsə zülm etməz və heç kəsin haqqını zay etməz./Deyerler.

Bənzər Olanlar